Xarici ölkələrin parlamentləri Ermənistanın təxribatlarını pisləyir

2019/04/d24b8-1555918305.jpg
Oxunub: 429     14:38     30 Oktyabr 2020    
Milli Məclisə xarici ölkələrin parlamentləri tərəfindən Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az-a verilən məlumata görə, bu günlərdə Bolqarıstan Xalq Məclisində Azərbaycanla Dostluq Qrupunun sədri, “Hüquq və Azadlıqlar Uğrunda Hərəkat” Partiyasının Parlament qrupunun sədr müavini Həmid Həmid Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyevə məktub ünvanlayıb.

Məktubda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı hücumları şiddətlə qınanılır.

Bildirilir ki, dinc əhaliyə qarşı hücumlar beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də elan olunmuş humanitar atəşkəsin pozulmasıdır. Dinc əhalinin qəsdən öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir.

Məktubda hərbi və mülki itkilərlə nəticələnən hərbi toqquşmalardan dərin narahatlıq ifadə olunur, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həlli yolu dəstəklənir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

Xarici ölkələrin parlamentləri Ermənistanın təxribatlarını pisləyir

2019/04/d24b8-1555918305.jpg
Oxunub: 430     14:38     30 Oktyabr 2020    