Erməni deputat: “Bu gün KTMT-yə müraciət edək, sabah baş katibi həbs edək, bu, perspektivli münasibət deyil”

2020/10/timth-1603967351.jpg
Oxunub: 3492     18:50     30 Oktyabr 2020    
Ermənistan parlamentinin sədr müavini Alen Simonyan oktyabrın 28-də bildirib ki, Ermənistan Respublikası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına birmənalı olaraq müsbət cavab alacağına əmin olduqda müraciət edəcək.

“KTMT-də və oxşar digər strukturlarda qərarlar konsensus məntiqində qəbul olunur. Yəni, KTMT-nin müzakirəsi çərçivəsində şübhə altında qoyulması çətin olacaq inkaredilməz faktların olduğunu gördüyümüz halda, birmənalı olaraq müsbət cavab alınacağından əmin olduğumuzda bu addım atılacaq. Bu gün bizim buna ehtiyacımız yoxdur, amma Ermənistan sərhədinin təhlükəsi halında, əmin edirəm, müttəfiqlərimiz və tərəfdaşlarımız imkan verməyəcəklər ki, bu vəziyyət çox dərinləşsin”, - deyə Ermənistan parlamentinin vitse-spikeri bildirib.

Erməni jurnalistlər Ermənistan parlamentinin deputatı Tiqran Urixanyanla söhbət edib və ondan soruşub ki, məgər KTMT-yə müraciət etmək üçün yetərli əsaslar yoxdur və Rusiyanın Ermənistanın strateji müttəfiqi olduğunu nəzərə almaqla niyə Ermənistan rəsmi şəkildə Rusiya Federasiyasına müraciət etmir?

“Biz siyasi təhlükəsizlik sistemimizi məhz onunla əlaqələndirmişik ki, onu səmərəli olması üçün ölkə və xalqa qarşı təhlükə halında işə salaq, elə deyil? Biz niyə KTMT-dəyik, niyə biz Rusiya ilə ikitərəfli müqavilə imzalamışıq, zərurət halında bu imkandan istifadə etməyək? Ordumuzun imkanlarını və qabiliyyətlərini heç bir halda şübhə altında qoymasam da, əminəm ki, ölkənin bütün vətəndaşları və bütün insanlar razılaşacaqlar ki, hər birinin həyatı qiymətsizdir, bu, xüsusən gənc, cavan, bu gün öz borcunu yerinə yetirərkən ölən əsgər üçün sadə, aksiomatik həqiqətdir. Niyə bunu etmirsiniz? Mən sizin bu sualınızı nəinki alqışlayıram, həmçinin istərəm ki, o, geniş şəkildə gündəmdə müzakirə olunsun... Siz özünüz də dəfələrlə nəşr etmisiniz və mən də demişəm ki, ilk dəfə Vardenis istiqamətində Ermənistan ərazisində PUA-lar peyda olanda, vurulanda, mən bəyan etdim ki, ilk növbədə müraciət etmək lazımdır ki, KTMT Təhlükəsizlik Şurasının iclasında bu məsələ müzakirə olunsun və təbii olaraq strateji tərəfdaşımızla məsələ müzakirə olunmalıdır. Əgər Nikol Paşinyan, bəyan etdiyi kimi, bölgədə rus sülhməramlı qoşunlarının yerləşdirilməsinə tərəfdardırsa, Qarabağ “rəhbəri” Rusiya prezidentinə müraciət edirsə, Ermənistana bunu ütməyə nə mane olur? Bu gün KTMT-yə müraciət edək, sabah baş katibi həbs edək, bu, perspektivli münasibət deyil”, - deyə Urixanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KTMT   Ermənistan   Böhran  

Erməni deputat: “Bu gün KTMT-yə müraciət edək, sabah baş katibi həbs edək, bu, perspektivli münasibət deyil”

2020/10/timth-1603967351.jpg
Oxunub: 3493     18:50     30 Oktyabr 2020    