Qarabağdan Ermənistana qanunsuz silah-sursat daşınmasına görə 3 şəxsə qarşı ittiham irəli sürülüb

2020/10/f5e5f-1604053467.jpg
Oxunub: 1474     16:08     30 Oktyabr 2020    
İşğal altında olan Qarabağdan Ermənistana qanunsuz yolla silah-sursat daşınması hadisəsinin bir sıra halları məlum olub.

Xüsusən məlum olub ki, hələlik naməlum müddətdə və hallarda bir qrup şəxslər əvvəlcədən razılığa gələrək odlu silah olan “AK-103” tipli 2 avtomat, hərbi sursat olan 7,62 mm çaplı 77 güllə və partlayıcı cihaz olan F-1 tipli 1 qumbara əldə ediblər və H.M. adlı şəxsin idarə etdiyi avtomobildə qanunsuz şəkildə saxlayaraq onları ötürüblər.

2020-ci il oktyabrınn 26-da saat 20:00 radələrində bunlar Ermənistanın Sünik vilayətinin Gorus icmasının Verişen yaşayış məntəqəsindən Qarabağa gedən yolda xidmət həyata keçirən müvafiq hüquq-mühafizə orqanı işçiləri tərəfindən aşkar edilib və götürülüb.

Faktla bağlı həmin gün Ermənistan polisinin Gorus bölməsində Ermənistan Cinayət Məcəlləsinin 235-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb və ilkin istintaqın həyata keçirilməsi üçün Ermənistan İstintaq Komitəsinin Sünik vilayəti istintaq idarəsinə göndərilib.

Sünik vilayətinin prokurorunun göstərişi ilə qeyd olunan avtomobilin sahibi, sürücüsü və sərnişini həbs olunub, bundan sonra 2020-ci il oktyabrın 29-da onlara qarşı Ermənistan Cinayət Məcəlləsinin 235-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

Qarabağdan Ermənistana qanunsuz silah-sursat daşınmasına görə 3 şəxsə qarşı ittiham irəli sürülüb

2020/10/f5e5f-1604053467.jpg
Oxunub: 1475     16:08     30 Oktyabr 2020    