Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın təxribatlarından danışdı

2020/10/9b11f-1604047436.jpg
Oxunub: 422     12:43     30 Oktyabr 2020    
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Haye ilə görüşüb.

Ordu.az nazirliyə istinadən xəbər verir ki, nazir səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona uğurlar arzulayıb.

R.Quluzadə B.Hayeyə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları barədə danışıb. O, həmçinin Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdə şəhərinə kasetli bombalarla endirdiyi zərbələr nəticəsində mülki əhali arasında itkilər və mülki infrastruktura dəyən ziyan barədə məlumat verib.

Nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy və Bərdə rayonlarına, Gəncə və Mingəçevir şəhərlərinə, o cümlədən münaqişə zonasından xeyli aralıda yerləşən Xızı və Abşeron rayonlarına ballistik raket hücumları nəticəsində sentyabrın 27-dən bu günə qədər 91 dinc sakin həlak olub, 400 mülki şəxs yaralanıb, 3 mindən artıq mülki infrastruktura ziyan dəyib.

R.Quluzadə qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi hərbi və müharibə cinayətlərinə görə sərt şəkildə qınamalı, onu bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

Səfir Azərbaycanın haqlı mövqeyinin hər zaman Pakistanın dəstəklədiyini, bundan sonra da bu dəstəyin davam edəcəyini bildirib.

Görüşdə iki ölkə arasında innovasiya və yüksək texnologiyalar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın təxribatlarından danışdı

2020/10/9b11f-1604047436.jpg
Oxunub: 423     12:43     30 Oktyabr 2020    