“Erməni icması tərəfindən şiddətli hücumlara, təhqirlərə məruz qalmışam” - Jan Fransua Mansel

2020/10/unnam-1604047136.jpg
Oxunub: 1014     12:38     30 Oktyabr 2020    
“Fransadakı erməni icmasının bir sıra üzvlərinin öz işlərini görən jurnalistlərə, özlərini bütün legitimliklə ifadə etmək hüququ olan millət vəkillərinə qarşı hücumları tamamilə dözülməzdir. Bu, ermənilərin onların tərəfində olmadığını düşündükləri şəxslərə qarşı törədilən əsl terror təhdidləridir”.

Ordu.az xəbər verir ki, bunu Fransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel deyib.

Onun sözlərinə görə, azərbaycanlılar, Fransadakı Azərbaycanın dostları insanlara, onların fikirlərinə hörmətlə yanaşaraq, heç vaxt ermənilərə hücum etməyiblər:

“Bu cür hallar qətiyyən dözülməzdir. Erməni icmasını ağılla düşünməyə çağırıram. Onları qətiliklə bir daha fikir azadlığı və ifadə azadlığının mövcud olduğu Fransada bu cür dözülməz təcavüz hallarını törətməməyə çağırıram. Mən özüm, Azərbaycan Dostları Assosiasiyasının prezidenti olaraq yeddi il ərzində daim erməni icmasının bir sıra üzvləri tərəfindən şiddətli hücumlara, hiddətlərə, hər cür təhqirlərə məruz qalmışam.

Xüsusilə sosial şəbəkələrdə. Amma buna baxmayaraq, özümə qarşı olan bu hücumları heç vaxt bildirməmişəm, amma bu gün işlərini görən jurnalistlərə və millət vəkillərinə qarşı sistemli şəkildə erməni icmasının həmin hücumlar dözülməzdir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

“Erməni icması tərəfindən şiddətli hücumlara, təhqirlərə məruz qalmışam” - Jan Fransua Mansel

2020/10/unnam-1604047136.jpg
Oxunub: 1015     12:38     30 Oktyabr 2020    