“The New-York Times” nəşrində ermənilərin Bərdəni atəşə tutması barədə məqalə dərc edilib

2020/10/a0be1-1604030894.jpg
Oxunub: 529     08:06     30 Oktyabr 2020    
“The New-York Times” nəşrində erməni silahlı qüvvələrinin Azərbaycanı növbəti dəfə raket atəşinə tutması, erməni təcavüzü və Azərbaycanın işğal edilmiş ərazilərində hazırda davam edən hərbi əməliyyatlar barədə məqalə dərc edilib. Qəzetin Ermənistan tərəfindən raket atəşinə məruz qalmış bir qrup jurnalisti Azərbaycanın dinc əhalisinə qarşı hücumu təsvir edib.

Ordu.az xəbər verir ki, jurnalistlər Bərdə şəhərinin əsas küçəsində maşınla getdikləri zaman şəhərə erməni raketləri düşməyə başlayıb. Məqalənin müəllifi jurnalist Karlotta Qell yazır ki, birinci partlayış çox gurultulu olub. Jurnalistlər maşından tullanaraq yaxınlıqdakı divara qısılıblar.

Karlotta Qell yazır: “Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, lakin cəbhə xətti Bərdədən 20 mil uzaqdadır. Həmin ana qədər bu rayonda sakitlik idi”. Reportyor daha sonra raket zərbəsinin dəhşətli nəticələrini və yaralı dinc sakinlərin yaxınlıqdakı özəl poliklinikanın zirzəmisinə çatdırılmasını təsvir edir.

1988-ci ildə başlanmış silahlı münaqişə nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi işğal edilib, bir milyona yaxın azərbaycanlı öz evlərindən qovulub. Cəbhə xəttinin yaxınlığında yerləşən bir sıra yaşayış məntəqələri demək olar ki, hər gün raket zərbələrinə məruz qalır. Cəbhə xəttindən xeyli uzaqda yerləşən Bərdəyə hücum münaqişənin eskalasiyasının nəticəsidir.

Qell Bərdənin mərkəzində yaranmış kədərli mənzərəni belə təsvir edir: “Dağıdılmış maşınlar qeyri-standart istiqamətdə dayanmışdı. İki maşında olan cəsədlərin üzərinə adyal örtülmüşdü. Digər avtomobilin yanında bir cüt ayaqqabı görünürdü. Yola tökülmüş qan ətrafı qara rəngə boyamışdı. Havadan partladıcı maddə iyi gəlirdi”.

Bərdə şəhərinin mərkəzinə raket zərbəsi nəticəsində 21 nəfər həlak olub, daha 70 nəfər yaralanıb. Qell yazır ki, hakimiyyət orqanlarının məlumatına görə, kasetli bombalar yayan raketlər “Smerç” tipli yaylım atəşi sistemindən atılıb. Açıq sahələrdə ordulara qarşı istifadə edilmək üçün nəzərdə tutulan kasetli bombalar yaşayış rayonlarında mülki əhali üçün çox təhlükəlidir. Ona görə də dünyanın əksər ölkələrində bu silahdan istifadə edilməsi qadağan olunub.

Müəllif daha sonra yazır ki, həmin gün səhər bir qrup jurnalist Bərdənin yaxınlığındakı Qarayusifli kəndinə baş çəkib. Burada yerli əhali raket atəşi nəticəsində həlak olanları dəfn edirdi. Qarayusifli kəndinin dörd sakini, o cümlədən 7 yaşlı qız həlak olub, 10-dan çox insan yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bərdə   Azərbaycan  

“The New-York Times” nəşrində ermənilərin Bərdəni atəşə tutması barədə məqalə dərc edilib

2020/10/a0be1-1604030894.jpg
Oxunub: 530     08:06     30 Oktyabr 2020    