Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - YENİLƏNİB

2020/10/16039-1603991272.jpg
Oxunub: 1173     22:50     29 Oktyabr 2020    
Bu ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti idarəsi məlumat yayıb.

Məlumata görə, nazir Ceyhun Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb və qardaş Türkiyəyə davamlı sülh, əminamanlıq və firəvanlıq arzulayıb.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğu və bu cinayətlərə görə cavabdeh olan şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi Nazirlər tərəfindən vurğulanıb.

***
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla telefonla danışıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər telefon danışığında Dağlıq Qarabağdakı vəziyyəti və son proseslər haqqında müzakirələr aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan   XİN  

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - YENİLƏNİB

2020/10/16039-1603991272.jpg
Oxunub: 1174     22:50     29 Oktyabr 2020    