Nazir sülhməramlı məsələsinə münasibət bildirdi

2020/10/ceyhu-1603984650.jpg
Oxunub: 1786     19:16     29 Oktyabr 2020    
Dağlıq Qarabağda mümkün sülhməramlı missiya üçün Bakının razılığı olmalıdır.

Ordu.az -ın məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

XİN başçısı bildirib ki, beynəlxalq sülhməramlılar mövzusu yeni deyil: “Bu, münaqişənin nizamlanması prosesinin əsas elementlərindən biri, baza prinsiplərinin tərkib hissəsidir və uzun illər sülh danışıqlarının əsasında olub. Bu barədə ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarında deyilir. Bu qərarda Yüksək səviyyəli planlaşdırma qrupuna Dağlıq Qarabağda ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrin yaradılması, strukturunun müəyyənləşdirilməsi və fəaliyyəti üzrə planın hazırlanması tapşırılır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan   XİN  

Nazir sülhməramlı məsələsinə münasibət bildirdi

2020/10/ceyhu-1603984650.jpg
Oxunub: 1787     19:16     29 Oktyabr 2020    