GUAM Ermənistan ordusunun Bərdə və digər şəhərlərə raket zərbələri endirməsini pisləyib

2020/03/d94d9-1585651684.jpg
Oxunub: 673     18:30     29 Oktyabr 2020    
“Biz oktyabrın 27-si və 28-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə, Tərtər və döyüş bölgəsindən uzaqda yerləşən digər şəhər və rayonlarını raket atəşinə tutaraq aralarında uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla mülki əhalini qətlə yetirməsini və yaralamasını, həmçinin mülki infrastruktura ziyan vurmasını bir daha sərt şəkildə pisləyirik”.

Ordu.az xəbər verir ki, bu barədə GUAM-ın bəyanatında bildirilib.

“Biz həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk və yaralıların tez sağalmalarını arzu edirik. Ballistik raketlərin, kasetli bombaların və digər silahların Ermənistan tərəfindən fərq qoymadan mülki əhaliyə qarşı istifadəsi narahatlığa səbəb olur. Bu, beynəlxalq hüquqla qadağan edilib. Ermənistan silahlı qüvvələrinin bu cinayətkar əməllərini qətiyyətlə pisləyərək biz beynəlxalq ictimaiyyəti Ermənistanın hazırkı rəhbərliyinin Azərbaycana qarşı daha çox cinayət törətməsini dayandırmaq üçün effektiv tədbirlər görməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: GUAM   Bərdə  

GUAM Ermənistan ordusunun Bərdə və digər şəhərlərə raket zərbələri endirməsini pisləyib

2020/03/d94d9-1585651684.jpg
Oxunub: 674     18:30     29 Oktyabr 2020    