Ermənistanın Goranboya atəşi nəticəsində həlak olan şəxs 53 yaşlı qadındır

2020/05/15895-1589890972.jpg
Oxunub: 472     17:35     29 Oktyabr 2020    
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan Ordu.az-a verilən məlumata görə, 29.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu gün saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olmuş, yaşayış evinə isə ciddi ziyan dəmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Baş-Prokurorluq  

Ermənistanın Goranboya atəşi nəticəsində həlak olan şəxs 53 yaşlı qadındır

2020/05/15895-1589890972.jpg
Oxunub: 473     17:35     29 Oktyabr 2020    