Paşinyanın istefa etməsi ilə bağlı çağırışa qoşunların sayı artır

2020/10/timth-1603967121.jpg
Oxunub: 10459     15:24     29 Oktyabr 2020    
Erməni ictimai xadim, boksçu İsrayel Hakobkoxyan Ermənistanın Milli Demokratik Birliyinin rəhbəri Vazgen Manukyanın oktyabrın 27-dəki bəyanatına qoşulub.

Ordu.az xəbər verir ki, Hakobkoxyan da Paşinyanın istefa verməli olduğunu bildirib.

“Mən hələ iki il əvvəl demişəm ki, Paşinyan tezliklə uzaqlaşmalıdır, o, ölkənin rəhbəri vəzifəsində qalmaq hüququna sahib deyil. Ağıllı insanlar bir araya gəlməlidirlər, başa düşməliyik ki, nə edirik, bu sınaqdan necə çıxırıq. Sual verirlər ki, niyə istefa vermir? Mən də deyirəm ki, bunu Annadan soruşmalısınız (Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyanı nəzərdə tutur - red.). Düşünürəm ki, ölkəni xilas etmək tək insanın işi deyil. Bizim hərbi rəhbərlərimiz, ikinci və üçüncü prezidentlərimiz bir araya gəlməlidirlər, başa düşməliyik ki, bu “sınaq”dan necə çıxırıq”, - deyə o qeyd edib.

Xatırladaq ki, oktyabrın 27-də Ermənistanın Milli Demokratik Birliyinin rəhbəri Vazgen Manukyan Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edərək bəyanatla çıxış edib.

Bir qrup ictimai və siyasi şəxslər Vazgen Manukyanın çağırışına qoşulublar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   İstefa  

Paşinyanın istefa etməsi ilə bağlı çağırışa qoşunların sayı artır

2020/10/timth-1603967121.jpg
Oxunub: 10460     15:24     29 Oktyabr 2020    