“Atam Qubadlıda şəhid olmaq istəyirdi” - Şükür Həmidovun oğlu

2020/10/12311-1603876643.jpg
Oxunub: 1784     13:14     28 Oktyabr 2020    
Azərbaycan Dövlət Televiziyası (AzTV) Aprel döyüşlərinin qəhrəmanlarından biri, bu il oktyabrın 22-də şəhid olan Milli Qəhrəman Şükür Həmidov haqqında reportaj hazırlayıb.

Ordu.az xəbər verir ki, reportajda Milli Qəhrəmanın atası Nəriman Həmidov, qardaşı Həmid Həmidov və oğlu Nurlan Həmidovun fikirləri yer alıb.

Ş.Həmidovun oğlu Nurlan Həmidov bildirib ki, atası xalqı üçün çalışırdı: “İstəyi o idi ki, Qubadlıda şəhid olsun. Öz istəyinə nail oldu. Arzu edirik ki, bütün torpaqlarımız alınsın və bütün şəhidlərin qanı yerdə qalmasın”.

Qeyd edək ki, Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Prezident İlham Əliyev Ş.Həmidovun doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   Qubadlı  


Bizi "telegram"da izləyin