Terror mərmiləri: Hitler və Səddam Hüseynin ballistik raketlərdən istifadə etməsi - I YAZI

2020/10/4444-1603716169.jpg
Oxunub: 4918     12:35     27 Oktyabr 2020    
Azərbaycan ordusunun uğurlu hücum əməliyyatları qarşısında aciz qalan Ermənistan mülki əhaliyə qarşı bir neçə dəfə “Skad” operativ-taktiki raket komplekslərindən istifadə edib. Ermənistanın Baş naziri Nikol Paşinyanın göstərişi əsasında atılan bu raketlər Gəncə şəhərində 26 nəfər mülki şəxsin həyatına son qoyub, 40-dan artıq şəxs yaralanıb.

Müharibədə məğlub olan tərəflərin terror strategiyasına baş vurduğu bizə tarixdən məlumdur. Bu yazıda biz Adolf Hitler və Səddam Hüseynin bu strategiyadan necə istifadə etməsindən bəhs edəcəyik.

Adolf Hitler və Səddam Hüseyn Amerika qüvvələrinə və müharibə dövründəki müttəfiqlərinə qarşı irimiqyaslı raket atışlarından istifadə etmişdi. Hər iki dövlətin raketlərinin sayı çox az idi və hərbi cəhətdən təsirli olmaq üçün dəqiqliyə malik deyildilər.

“Fau-2” və “Skad” raketlərinin istifadəsi göstərdi ki, ənənəvi ballistik raketlər minimal taktiki hərbi əhəmiyyətə malikdir və terror silahları kimi daha əlverişlidir. Həqiqətən, bu iki diktatorun məqsədi mülki insanları terrora məruz qoymaq və ümidsiz hərbi vəziyyətin siyasi həllinə nail olmaq idi. Hər iki şəxs ona qarşı olan müttəfiq koalisiyaları dağıtmağa ümid edirdi.

Hitler 1944-cü ildə britaniyalıların əzmini sarsıtmaq və ictimai rəyi Baş nazir Uinston Çörçildən qələbəyə çatmadan münaqişəyə son qoyulmasını tələb etməyi ümid edərək raketini Londona qarşı çevirdi. Səddam Hüseyn isə “Skad” raketlərini İsrailə tuşlamaqla ABŞ-ı və Avropa dövlətlərini İraq üçün hərbi fəlakətin qarşısını alacaq siyasi bir razılaşmaya məcbur etmək istəyirdi.0

12 iyun 1944-cü ildə Almaniya Britaniyaya doğru ilk reaktiv mühərrikli “Fau-1” raketini işə saldı. Raketlər vurulmağa başlayana qədər bu, britaniyalı mülki insanları dəhşətə gətirdi. Faşistlər 8 sentyabr 1944-cü ildə ilk “Fau-2” raketini işə saldı və ondan terror silahı kimi istifadə etməyə başladılar.

Bundan 47 il sonra, 17 yanvar 1991-ci ildə Səddam Hüseyn Səudiyyə Ərəbistanındakı koalisiya qüvvələrinə və İsraildəki mülki insanlara qarşı bir çox “Skad” raketləri atmağa başladı. Bu liderlərin hər ikisi dinc insanları terrora məruz qoymaqla müharibələrinin gedişatını dəyişdirməyi və bununla da onlara qarşı müttəfiq olan kövrək siyasi koalisiyaları təhdid etməyi ümid edirdilər. Düşmənlərini siyasi olaraq bölməklə, Hitler və Səddam Hüseyn hərbi yolla qalib gələ bilmədikləri zaman qarşıdurmalarına siyasi həll yolları axtarırdılar. Terror mülki şəxslərə qarşı yönəlmiş və siyasi bir hədəfə çatmaq üçün törədilən şiddətdir.

Bu terror raketlərinin istifadəsi münaqişədə müttəfiqlərin diplomatik və hərbi əməliyyatlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Həm Hitler, həm də Səddam Hüseyn düşmənlərini siyasi məqsədlərə çatmaq üçün intiqam alaraq ümidlə terror həyata keçirdilər. Bütün dünya bu iki ballistik raket təhdidi ilə mübarizə mövzusunda siyasi və hərbi dərslər çıxarıb.

Terrorizmin tərifi raketlərin terror silahı kimi müzakirə edilməsi üçün çox vacibdir, çünki hərbi hədəflərin mülki hədəflərdən fərqli olaraq hədəf alınması və qurbanlara təsiri vurğulanmalıdır. “Terror” termini siyasi məqsədlərə çatmaq, qorxu yaratmaq üçün dinc əhaliyə qarşı törədilən şiddət aktıdır.

Raketlər İngilis xalqı arasında terrora səbəb oldu, yoxsa sadəcə bir narahatlıq yaradırdı? Çörçill deyirdi ki, raketin kor təbiəti yerdə olan bir insanı çarəsiz hiss etdirirdi: “Raketin bacardığı az şey var idi, zərbə endirdiyini görə bilən heç bir düşmən yox idi”.

Mülki insanlara qarşı raket istifadəsi digər bombardman növlərindən fərqlidir. Londonda IRA-nın partlatdığı bomba və II Dünya Müharibəsində nasistlərin Londonu “blits” bombardmanına məruz qoyması fərqlidir. Bu fərqdəki əsas element partlayışın təsiridir, raketlərlə edilən hücumun təsiri daha çoxdur. Hökumətin bu fərqli terror silahlarına qarşı müdafiə qabiliyyəti terrorizmin müvəffəq və ya uğursuz olmasını təyin etməkdə rol oynayır.

Britaniyanın Kral Hərbi Hava Qüvvələri nasistlərə cavab verməyə başladı. Bu zərbələr xalqın nasistlərə qarşı iradəsini gücləndirdi və Britaniya bununla “terror effekti”ni azaltdı. Raketlərin istifadəsi müharibədə istifadə olunan mülki hədəflərə qarşı kütləvi hava bombardmanı basqınları kimi digər terror taktikalarından fərqlənir, çünki terrorçular hədəflərinə xəbərdarlıq etmədən raketləri ata bilər və onlara qarşı təsirli bir müdafiə yoxdur.

Terror raketləri ilə bağlı müzakirələrə fokuslanmaq üçün bir neçə parametr nəzərə alınmalıdır. Birincisi, kimyəvi və ya bioloji raket başlıqlarının istifadəsidir. Hitler və Səddam Hüseynin hər ikisində bu Kütləvi Qırğın Silahları (KQS) ehtiyatlarının olmasına baxmayaraq, istifadə edilmədi. Müttəfiqlərin oxşar silahlarla intiqam təhdidi onların KQS istifadə etmələrini əngəllədi. Qeyd olunan şəxslərin əlində olmasa da, nüvə başlıqları başqa bir KQS idi.

Bu gün beynəlxalq müqavilələr nüvə başlıqlarının çoxalmasının qarşısını alır. Amma “Fau-2”lər və Sovet İttifaqı tərəfindən hazırlanmış “Skad”lar birbaşa müxtəlif dövlətləri təhdid etməsə də, onların KQS başlıqları istifadə etməsi ehtimalı raketlərin niyə təhlükəli olmasını izah edir.

Hitlerin “Fau-2” raketini və Səddam Hüseynin “Skad” raketini istifadə etməsinin oxşar cəhətləri çoxdur. İlk öncə bu şəxslər qeyd olunan raketlərdən terror strategiyası üçün istifadə edib. Səddam Hüseyn, həmçinin İran-İraq müharibəsində “Skad” raketlərindən istifadə edib, Tehrana və digər İran şəhərlərinə bir neçə raket atıb. O, bu qarşıdurmada öyrəndiyi dərsləri üç il sonra Körfəz müharibəsində daha şiddətlə tətbiq etdi.

(Ardı var...)
Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fau-2   Skad   KQS   Hitler   Paşinyan   Səddam  

Terror mərmiləri: Hitler və Səddam Hüseynin ballistik raketlərdən istifadə etməsi - I YAZI

2020/10/4444-1603716169.jpg
Oxunub: 4919     12:35     27 Oktyabr 2020    