Ermənistan terrordan psixoloji müharibənin aləti kimi istifadə edir – ANALİZ

2020/10/66664-1603535727.jpg
Oxunub: 3043     14:59     24 Oktyabr 2020    
Azərbaycan ordusunun 27 sentyabrda başlatdığı əks-hücum əməliyyatlarında əldə etdiyi uğurlar Ermənistanın hərbi və siyasi rəhbərliyində təşviş yaradıb. Ermənistan rəhbərliyi Azərbaycan ordusunun uğurlu işğaldan azad etmə əməliyyatlarına cavab olaraq bir neçə dəfə mülki şəxslərə ballistik raketlərlə hücum edib. Ümumilikdə Gəncə şəhərinə 4 dəfə hücum edilib.

İlk hücum 4 oktyabrda baş verib və 1 mülki şəxsin həlak olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnib. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 8 oktyabrda baş verib. Hücum nəticəsində həlak olan və yaralanan olmayıb. Üçüncü raket hücumu isə 11 oktyabrda baş verib, nəticədə 10 mülki şəxs həyatını itirib və 40-dan çox insan yaralanıb. Mülki şəxsləri hədəf alan dördüncü raket hücumu isə 17 oktyabrda baş verib. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla 14 nəfər həyatını itirib, 55 nəfər isə yaralanıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəyib.

Gəncəyə, eləcə də müharibə teatrından kənarda yerləşən digər mülki ərazilərə hücumlar edilməsi müharibə cinayəti və terror kampaniyasının tərkib hissəsidir.

Artıq məlum olduğu kimi, müasir dövrdə müharibələr ancaq səngərdə aparılmır. İnformasiya müharibəsi, psixoloji müharibə, kibermüharibə kimi terminlərin ortaya çıxması bu tendensiyanın əlamətidir.

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, psixoloji müharibə müxtəlif psixoloji əməliyyatlarla qarşı tərəfin ordusunun əzmini qırmaq, rəqib ölkənin əhalisini demoralizə etmək üçün aparılan müharibələrdir. Psixoloji əməliyyatlar zamanı həyata keçirilən hücumların bir çox növləri var. Əhalini hədəf alan hücum strategiyalarından ən məşhuru terror kampaniyalarıdır. Bu strategiyadan qeyri-dövlət aktorları, eləcə də terror xislətli dövlətlər istifadə edir.

Beynəlxalq arenada “terror” termini ilə bağlı vahid tərif yoxdur, amma əksər mətnlərdə bu ifadə qorxu yaratmaq məqsədilə cinayətlərin törədilməsi mənasında istifadə olunur. Terror aktı cəmiyyətlərdə təhlükəsizlik hissini zəiflədir və gündəlik həyatı pozaraq hədəf ölkənin fəaliyyət qabiliyyətinə zərər verir.

Terror strategiyası ictimai rəyi terrorçuların tələblərinə təslim olmağa məcbur etmək üçün istifadə olunur. Əhali terrorçuların hakimiyyətə təsir etmək üçün istifadə etdiyi vasitədir. Yalnız terrorizmin hədəf əhalini necə idarə etdiyini anlamaqla bu cür psixoloji müharibənin tələsinə düşməməyin yollarını öyrənə bilərik.

Keçmişdə terrordan mövcud siyasətin dəyişdirmək və ya güc qazanmaq üçün istifadə olunurdu. “Klassik terror” rejim dəyişikliyini təmin etmək və ya iqtidarda olanları qorxutmaq üçün siyasətçiləri, rəhbərləri, güc mərkəzinə yaxın simvolik şəxsləri və digər “elit” fərdləri hədəf alırdı. Bəzən terrorçunun məqsədi daha təvazökar idi: sadəcə hiss olunan narazılıqlara görə hökmdarlardan və ya onların işçilərindən intiqam almaq.

Müasir dövrüdə isə terrordan, əsasən əhalini qorxutmaq üçün istifadə edirlər. Burada qurbanların şəxsiyyəti hədəf alınan qrupa və ya bölgəyə nəzərdə tutulan mesajı çatdırdıqları müddətdə cinayətkarlar üçün əhəmiyyəti yoxdur. Klassik terrorizmdən fərqli olaraq, müasir terrorizm mümkün qədər çox sayda itki və ziyan vurmağı hədəfləyir. Məqsəd hökuməti sarsıtmaq, hədəf alan əhali arasında çaxnaşma və narahatlıq yaymaq, cəmiyyətin əzmini qırmaqdır.

Terrorçunun strategiyası ümumi cinayətkarın strategiyasından fərqlənir. Belə ki, terrorçunun əsas məqsədi siyasidir. Onun hərəkətləri (məsələn, qətl, təxribat, şantaj) ümumi cinayətkarın əməlləri ilə eyni ola bilər. Terrorçu üçün bunlar ideoloji, dini, sosial və ya iqtisadi baxımdan daha geniş hədəflərə çatmaq üçün bir vasitədir. Terrorçu hədəf cəmiyyətdə fasiləsiz qorxusu hissi yaratmaq istəyir. Bu strategiyanın məqsədi qərar qəbul edənlərə terrorçuların tələblərini yerinə yetirmək üçün ictimai rəylə təzyiq etməkdir.

Terroristləri üç, otuz, hətta üç min insanın ölümü maraqlandırmır. Terrorizm döyüş normalarına və qanunlarına zidd olaraq, hücumlarını mülki insanlara yönəldir və beləliklə daxili həyatı cəbhəyə çevirir. Mülki əhali terrorçu üçün yalnız asan hədəf deyil, eyni zamanda təsirli bir hədəfdir; hücumun təsadüfi olması ümumi narahatlığın yaranmasına kömək edir. Mesaj budur ki, hər kəs, hər yerdə, istənilən vaxt növbəti hücumun hədəfi ola bilər. Bu təhlükə mülki əhalinin normal həyat sürmə qabiliyyətinə zərər göstərir.

Terror hücumunun hədəf aldığı cəmiyyətə və hökumətə, “bütün hər şeyi müdafiə etmənizə baxmayaraq - ordunuz, polis gücünüz, hərbi texnika - heç vaxt bizdən təhlükəsiz olmursunuz” mesajı göndərilir. Mülki insanlar öz evlərində və iş yerlərində özlərini təhlükəli hiss etdikdən sonra gündəlik həyat pozulur və fərdi və milli mənəviyyata zərər verə bilər. Mesaj: “tələblərimizi yerinə yetirməyincə təhlükəsiz olmayacaqsınız.”

Eyni zamanda, terror hücumları beynəlxalq ictimaiyyətə bir mesaj göndərir. Terrorçular dünyanın qalan hissəsinə hücumları, siyasi məqsədlərinə nəyin bahasına olursa-olsun, nail olmaq əzmində olduqlarının nümunəsi kimi təqdim edirlər. Terror hücumları beynəlxalq ictimaiyyətin diqqətini münaqişəyə və terrorçuların tələblərinə yönəltmək məqsədi daşıyır. Bu qətiyyət nümayişində daha pis bir mesaj gizlədilir: “Siz, münaqişədə iştirak etməyən ölkələr, bizə istədiklərimizi vermək üçün düşmənlərimizə təzyiq göstərməlisiniz”.

Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlmək mümkündür ki, Ermənistan Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatlarına cavab olaraq mülki əhaliyə qarşı terror kampaniyası yolunu seçib. Məqsəd Azərbaycan xalqı arasında qorxu və panika yaratmaq, onları müharibədən çəkindirməkdir.

Ancaq göründüyü kimi Ermənistan məqsədinə çatmayıb. Təkcə xarici media qurumlarının Gəncə şəhərində yerli sakinlərdən götürdüyü müsahibələr onu sübut edir ki, Azərbaycan əhalisi bu xain hücumlardan qorxmur və Ermənistanın seçdiyi bu strategiya uğursuzluğa düçar olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Terror   Ermənistan  

Ermənistan terrordan psixoloji müharibənin aləti kimi istifadə edir – ANALİZ

2020/10/66664-1603535727.jpg
Oxunub: 3044     14:59     24 Oktyabr 2020    