Paşinyanın qızı xalqını təhdid edir

2020/01/maria-1579000168.jpg
Oxunub: 11721     14:52     22 Oktyabr 2020    
Ermənistanın bəzi hökumət dairələri artıq hesab təmizləməklə məşğuldur, kiminlə, nəyin naminə, artıq məlumdur, onlar 20 gündən çoxdur sevimli məşğuliyyəti ilə məşğul olmayıblar, siyasi rəqibləri asfalta uzatmayıblar, divarlara suvamayıblar.

Erməni mətbuatı yazır ki, Ermənistan hakimiyyəti indi ayılamağa başlayıb.

“İndi isə başa düşürlər ki, daşları toplamaq zamanı gələcək və cəmiyyətin gözlərinə birbaşa baxaraq çatışmazlığımızın olduğu, səhv etdiyimiz müharibəyə niyə və necə çatdığımızı, günahsız qurbanların ölüm məsuliyyətini üzərimizə götürüb-götürmədiyimizi söyləməyə məcbur olacaqlar. Bu səbəblə hakim dairələrdə açıq-aşkar narahatlıqlar var. Yumşaq danışan qadınlar döyüşə çıxıblar, kişilər isə gizləndikləri yerlərdindən çıxmaq cürətinə sahib deyillər, onlar öz bunkerlərində özlərini bu amansız döyüşlərdən sığrtalayıblar”, - deyə nəşrlərdən biri yazır.

Ermənitan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Kristine Poğosyan son günlərdə siyasi müxaliflərə ünvanlanmış təhdidlərlə diqqət mərkəzinə düşüb. Onun tərcümeyi-halının ilk sətri hələ 2018-ci ilin aprel günlərində - asfalta uzanmaq günlərində yazılıb, lakin xanım özünü o qədər əhəmiyyəti hiss edir ki, “gözləyin, müharibədən sonra siz öz halınızı görəcəksiniz” deyərək jurnalistləri, müxalifləri təhqir edir.

Paşinyanın təkcə komandasında yox, həm də ailəsində dəliliyə çatan intiqam susuzluğu var. Paşinyanın hiperaktiv qızı Məryəm Paşinyan da aşağıdakı qeydlə çıxış edib: “Biz bu müharibəni qazanacağıq və heç vaxt bizi dəstəkləmiş və bunu etməmiş insanları unutmayacağıq”.

“Faktiki olaraq bütün millət bu qızın atasından, onun komandasından izahatlar tələb etmək, diplomatik cəbhədə necə və nə zaman məğlub olduğumuzu başa düşmək üçün müharibənin başa çatmasını gözləyərkən Baş nazirin qızı qabağa düşür və bu müharibə zamanı kömək etməmiş bütün insanları açıq-aşkar təhdid edir. Və qoy sabah lololar oxumasınlar ki, söz xarici auditoriyaya ünvanlanmışdı. Aydından da aydındır ki, o, daxili təhdid üçündür”, - deyə erməni mətbuatında dərc olunan məqalələrdən birində deyilir.

Asif Cəfərov 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Paşinyanın qızı xalqını təhdid edir

2020/01/maria-1579000168.jpg
Oxunub: 11722     14:52     22 Oktyabr 2020    