Qarabağda ağır, yöndəmsiz, gec hərəkət edən qurğuların fonunda "Dana"lar döyüşə tələsir

2020/10/44444-3206697842.jpg
Oxunub: 2816     11:14     22 Oktyabr 2020    
1970-ci illərin ortalarında Dubnitsa şəhərinin maşınqayırma zavodunda 152 mm ShKH vz77 tipli özüyeriyən artilleriya qurğusu istehsal olundu və 1979-cu ildə seriyalı istehsalına başlanan bu qurğu “Dana” adı aldı. Daşınma bazası üçün ciddi modernizə olunan, 8x8 təkər formullu, iki qabaq istiqamətverici və hərəkətdə olarkən hava ilə doldurula bilən təkərləri olan TATRA 815 yüksəkkecidli avtomobil qəbul edildi. Əsas silahlanma 152 mm-lik haubitsa-topdur ki, bu da fırlanan iki yarım qülləsi olan platformada qurulub. Qüllə iki zirehlənmiş yarım qüllədən ibarətdir, onlardan birində doldurucu və tuşlayıcı, ikincisində isə mexanik doldurulma dəzgahı qurulub. Bundan əlavə, doldurucunun qarşı hissəsində 12,7 çaplı pulemyot da nəzərdə tutulub.

Təcrübə göstərir ki, belə qüllələr intensiv atəş zamanı barıt qazlarının qurğu heyətinə təsirini maksimum dərəcədə azaldır. Atəşdən sonra atılan gilizlər xüsusi transpartlayıcı vasitəsi ilə xaric olunur. Əsasən istehsalçı qurğunu yaradarkən qarşısında bu məqsədləri qoydu ki, ÖAQ tez bir zamanda mövqeyə çatmalı, verilən istiqamət üzrə atəş açmalı, bundan sonra yenə də tez bir zamanda yığışaraq atəş mövqeyini dəyişməlidir. Əks halda düşmənin artilleriya əleyhinə vasitələri onu məhv edə bilər.

“Dana” əsasən səkkiztəkərlilər sinfində ən manevrli qurğu sayılır. Hətta mütəxəssislərin gəldiyi nəticəyə görə, “Dana” BTR-80-dən də manevrlidir. Əgər BTR-80 bir bucaqda fırlanma həyata keçirib hansısa dar bir maneəni keçmək üçün 2 cəhd edirsə, bu zaman “Dana” bunu 1 cəhdlə yerinə yetirə bilir. Bundan əlavə, atəş zamanı stabilləşmə də nəzərdə tutulub ki, bu zaman qurğunun arxa hissəsindən 1, yan tərəflərdən 2 hidravlik stabilləşdirici yerə sancılaraq atəş zamanı maşının sapmasının və təpmənin yarada biləcəyi fəsadların qarşısını alır. Standart olaraq qurğuda 152 mm-lik mərmilər istifadə edilir ki, mərmilərin çəkisi 43,5 kq olaraq atəş uzaqlığı 18,7 km-dir. Həmçinin xüsusi olaraq özündə 47 ədəd tank əleyhinə və piyada əleyhinə elementləri olan mərmilər də nəzərdə tutulub ki, bu mərmilərin atəş məsafəsi 28,23 km civarındadır. İxrac variantı olaraq “Dana” NATO tipli 155mm-lik haubitsa ilə də təmin oluna bilir.

Heyət - 5 nəfər
Ümumi çəki – 25,1 ton
Maksimal sürəti – 80 kmsaat
Gediş ehtiyatı - 740 km

Azərbaycan Silahlı Qüvvələrinə təslim olunan “Dana” tipli ÖAQ-lar bu qurğuların təkmilləşdirilmiş variantı olan “Dana” M1M modelidir ki, o isə öz sələflərindən bir sıra üstünlüklərilə seçilir. İlk dəfə olaraq qurğu Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən 18 sentyabr 2017-ci ildə keçirilən irimiqyaslı ordu təlimlərində nümayiş olundu.

Azərbaycan SQ-nin də silahlanmasında olan “Dana” ÖAQ-larının modernizə olunan variantları bu üstünlüklərə malikdir:

- Yeni atəşin idarəedilməsi sistemi - bu anlayış sistemin yeni innovasiyalar üzərində qurulmuş texnologiyasıdır ki, bir sıra aşağıda göstərilən üstünlüklərə malikdir;
- Topun maksimal olaraq müstəqilliyi;
- Atəş sahəsinə girib atəş açmaq və atəşdən sonra sahəni tərk etmək üçün vaxt;
- Atəşin yüksək dəqiqliyi;
- Atəşin korreksiyası üçün sadələşdirilmiş rejim;
- Atəş tapşırıqlarının yazılması;
- Döyüş effektivliyinin yüksəkliyi;
- Qurğunun C41 sisteminə inteqrasiyası;
- Daxil olan məlumatın analizetmə və başqa qurğu heyətlərinə catdırılma vasitəsi.

Sistemin arxitekturası:

- İnersial-naviqasiya topoqrafik qurğu;
- Artilleriyacının ballistik kompüteri;
- Artilleriyacının intelektual uzaqlıq ölçmə cihazı;
- Kommunikasıya vasitəsi.

Bu tip müasir texnikanın əldə olunması artilleriya qoşunlarına bir daha yenilik, atəş təhlükəsizliyi, hədəflərin dəqiq məhvi, atəşin tez bir zamanda və təhlükəsiz açılması, yüksək manevrlilik və bundan əlavə bir sıra üstünlüklər verdi. Təlimlər zamanı artilleriyaçılarımız açdıqları atəşin dəqiq hədəflərə dəyməsi, qurğuların istismarı və istifadəsi ilə yaxından tanış olduqlarını nümayiş etdirdilər.

Qurğuların Azərbaycan Silahlı Qüvvələrinə daxil olması vaxtilə Ermənistanda böyük ajiotaj yaratmışdı. Əsasən erməni ekspertləri “Dana”ların Qarabağ savaşında nə qədər vacib element olduğunu nəzərdən qaçırmadılar. Çünki əsasən öz sələfləri arasında sürətə, manevrə malik olan, çətin relyeflərdə sərbəst hərəkət edən, bilavasitə tez bir zamanda atəş açaraq, atəş mövqeyini dəyişən bu qurğular Ermənistanın silahlanmasında olan ÖAQ-lardan çox müasir və cəlddir. Bu batareyaların cəbhənin müxtəlif istiqamətində peyda olaraq uzaq məsafəyə dəqiq atəş aça biləcək və böyük itgilərə məruz qoyacağı haqda fikirlər düşmən hərbçilərinin gözündən yayına bilməzdi. Əsasən də Qarabağ relyefində, ağır, yöndəmsiz, gec hərəkət edən qurğuların fonunda Azərbaycanın bu texnikası ilə barışmaq qeyri-mümkündür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DANA   Qarabağ  

Qarabağda ağır, yöndəmsiz, gec hərəkət edən qurğuların fonunda "Dana"lar döyüşə tələsir

2020/10/44444-3206697842.jpg
Oxunub: 2817     11:14     22 Oktyabr 2020    