Qarabağı terror yuvasına çevirən erməni diasporu: ABŞ Dövlət katibi niyə Petrosyana teleqram göndərib? - II YAZI

2020/10/66666-1603277558.jpg
Oxunub: 9520     14:28     22 Oktyabr 2020    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

1988-ci ildə Ermənistan SSR-də həddindən artıq radikal erməni millətçiliyinin yenidən canlanması və xüsusilə Ermənistan üçün daha çox ərazi əldə etmək perspektivi ASALA-ya daha yaxşı bir zəmin yaratdı. Təşkilatın əksər əməliyyatçıları lidersiz və məqsədsiz idi, erməni terrorizmi ilə bağlı həyəcan və coşğuları həbsxanada, qaçarkən və ya gizləndikləri illərdə azalmışdı. Son beş ildə yaradılan siyasi zorakılıq təşkilatları əlaqələri və mənbələri olmayan ASALA-ya daha çox mənfi təsir göstərirdi. ASALA və ya daha sonra Melkonyanın ASALA-RM təşkilatına cəlb olunan erməni terrorçuları bu quruma ömür boyu qoşulmuş ideoloqlar idi. Başqa sözlə, əksəriyyət ASALA-nın terrorçu baxışlarını bütövlükdə şərh etməsini qəbul edir və terrorun sona qədər davam etdirilməsini istəyirdi.

İşğal əməliyyatlarında iştirak etmək Gevork Acemyan, Cames Karnuşyan və Monte Melkonyan üçün ASALA ideologiyasının əsas mahiyyəti idi. Əslində, bölgənin işğalından sonra köçürülmə üçün kifayət qədər erməninin olmaması ASALA-ya böyük narahatlıq yaradırdı, çünki getdikcə daha çox erməni Qafqaz və Yaxın Şərqdən Qərbi Avropa və Şimali Amerikaya üz tuturdu.

1970-ci illərdə Türkiyədəki sağ və sol vətəndaş müharibəsi şəraitində şiddət artırdı, nəticədə 1980-ci illərdə PKK-nın yüksəlişi baş verdi. Xüsusilə ASALA-nın PKK ilə əlaqələri yaxşı məlumdur və bununla yanaşı, Türkiyədəki bəzi daha radikal solçu qruplarla da əməkdaşlıq etdiyinə dair dəlillər mövcuddur. Bundan əlavə, təhlükəsizlik tədbirləri 1980-ci ildə “Yeni Soyuq Müharibə”nin başlanmasına yol verdikcə, ABŞ və Sovet İttifaqı arasındakı düşmənçilik və qarşılıqlı inamsızlıq 1960-cı illərdən bəri görünməmiş səviyyələrə çatdı. Buna görə, Qərbin Soyuq Müharibədəki qələbəsi 1980-ci illərin ilk yarısında təmin edilmişdi, lakin 1985-ci ilə qədər Sovet İttifaqının qələbə və genişlənmə şansı getdikcə azaldı, 1989-cu ilin noyabrına qədər isə hamısı aradan qaldırıldı. Buna görə də Qarabağ ASALA-nın dağınıq terrorçularına erməni iddialarında simvolik bir “qələbə” qazanmaq üçün ilk şans təqdim edirdi. Bu, onları Türkiyənin şərqindəki torpaqlara hücum etmək və radikal Yaxın Şərq ermənilərini bir yerə toplamaq kimi məqsədlərdən müvəqqəti də olsa uzaqlaşdırdı.

Qəribədir ki, Hakob Hakobyanın qətlindən altı gün əvvəl FTB ASALA-nın Sovet İttifaqı ilə Ermənistan və ya Qarabağ məsələsində heç bir qarşıdurmaya girməyəcəyinə və “hər hansı bir repressiya baş verdiyinə görə Sovet hakimiyyət orqanlarına tabe olacağına” inanırdı.

7 aprel 1988-ci ildə ASALA Sovet Ermənistanı rəhbərliyinin Dağlıq Qarabağ ermənilərinin ayrılma iddialarını dəstəkləməsindən məmnun olduqları və “ədalətin olacağına inandıqları” haqqında bəyanatında Sovet İttifaqına qarşı incə pərdələnmiş təhdidi də əldən verdi. İki il sonra ASALA terrorçusu təşkilat adından başqa bir açıqlama yayaraq, ASALA-nın Qarabağın işğalında və Ermənistan SSR-ə birləşdirilməsində fəal iştirak edəcəyinə dair söz verdi və Qarabağa “tarixi Ermənistan”ın ayrılmaz bir hissəsi kimi baxdıqlarını ifadə etdi.

ASALA terrorçularını Qafqaza gətirən başqa bir amil də var idi. 1980-ci illərin sonlarına qədər vaxtları, seçimləri və ən əsası gedəcək yerləri tükənmişdi. Qərbi Avropa hökumətləri, onlara aid polis və kəşfiyyat qurumları artıq əvvəlki qədər simpatik və bağışlayıcı deyildilər. Dünyanın terror və heroin tranzit paytaxtı olan Beyrut ilk növbədə on il yarım vətəndaş müharibəsi dövründə dövlət hakimiyyətinin tamamilə pisləşməsinin ardından yavaş-yavaş normallaşmağa başladı və beləliklə, artıq zəmanətli bir sığınacaq hesab edilmirdi. ASALA-nın Şərqi Avropadakı dəstəyi, əvvəlcə, 1987-ci ildə kəşfiyyat orqanlarının terrorizmlə mübarizə mövzusunda MKİ ilə əməkdaşlıq etməyə başladığı və daha sonra 1989-cu ilin noyabrında kommunist rejimlərin çökməyə başladığı zaman pisləşdi. Yunanıstan və Kipr, 1988-ci ilin fevralında Hakobyanın öldürülməsindən sonra təhlükəli ölkə olduqlarını sübut etdilər. Melkonyanın Yəmən, Çexoslovakiya, Yuqoslaviya, Macarıstandan geri döndüyü üçün 1989-cu ildə geri çəkilən kommunizm sərhədlərindən qovulan tək ASALA terrorçusu olmadığını düşünmək olar.

1990-cı ilə qədər Ermənistan və ya Qarabağın dağlıq bölgəsi, şübhəsiz ki, keçmiş ASALA terrorçularının təhlükəsiz şəkildə gedə biləcəyi və bu və ya digər şəkildə təqib olunmaqdan qorxmayacaqları yeganə iki yer idi və belə görünür ki, əksəriyyətinin həqiqətən sonu Ermənistanla yekunlaşdı. “Monte Melkonyan Fondu”nun keçmiş direktoru və hazırkı “Sardarapat Hərəkatı”nın lideri 1980-ci ilin oktyabrında otel otağında hazırladığı bombanın vaxtından əvvəl partlaması səbəbindən tamamilə kor olan Aleks Yenikomşyan döyüşlərdə iştirak etmək iqtidarında deyildi. 1983-cü ildə Parisdəki Orli Hava Limanına hücumun arxasında duran, 2001-ci ilin aprelində Fransa hökuməti tərəfindən əfv edilərək həbsxanadan azad edildikdə Ermənistana köç edən Varujan Karapetyan kimi digərləri də gec gəlmişdilər. Sənədlərdə Qarabağ münaqişəsində fəal iştirak edən ən azı 8 ASALA terrorçusunun adı çəkilir, lakin şübhəsiz ki, onların sayı daha çox olub. Melkonyan istisna olmaqla, bu şəxslər barədə ətraflı məlumat hələ də, demək olar ki, yoxdur.

Məlumata görə, 1981-ci ildə Parisdəki Türkiyə səfirliyini ələ keçirən 4 ASALA terrorçusundan biri olan Vazgen Sislyan 1990-cı illərin əvvəllərində Ermənistana gələn ilk şəxs idi. İkinci və bu günə qədər ən məşhur şəxs 1990-cı ilin oktyabrında İrəvana gələn Monte Melkonyandır. Üç həftə keçməmiş Melkonyanın yaxın sirdaşı və dostu, Fransada yaşayan erməni terrorçusu və bank soyğunçusu Levon Minasyan Melkonyandan xəbərsiz olaraq Ermənistan SSR-yə daxil oldu.

9 iyun 1981-ci ildə Cenevrədə Mehmet Savaş Yergüçə sui-qəsd edən ASALA-nın əsas üzvləri Martiros Jamkoçyan (1991-ci ilə qədər mütəmadi təqib edilirdi) 1983-cü ildə ASALA-nın daxili dağılmasına səbəb olan şəxs və Melkonyanın yaxın ortağı Davit Davityan, Abraham Xamisyan və nəhayət, İrandan olan iki qardaş Ş. Vahiq və Ş. Masis Qarabağa gəlmişdi.

V.Sislian, Ş.Vahiq və Ş.Masisdən başqa digərləri Ermənistanda idi və Qarabağda döyüşürdülər. Minasyan təxminən 50 nəfərlik bir milis qrupuna rəhbərlik edirdi və 1993-cü ilin baharında Kəlbəcər bölgəsinə hücumda və işğalında böyük rol oynamışdı. Matiros Jamkoçyan ilk dəfə Qarabağda fransız tərcüməçi kimi vaxt keçirdikdən sonra, Melkonyanın yanında döyüşlərə qatıldı. Daha sonra Ermənistan Müdafiə Nazirliyinə daxil oldu, komandir rütbəsinə qədər yüksəldi və Müdafiə nazirinin xüsusi köməkçi oldu. Daha sonra o, vəzifəsindən ayrıldı və naməlum səbəblərdən qısa müddət sonra ABŞ-a köçdü. Davit Davityan və Abraham Xamisyan o qədər də şanslı deyildilər. Ermənistan Müdafiə Nazirliyində işləyərkən Davityan və Xamisyan İrana rus silahlarının satılması da daxil olmaqla fotoşəkil dükanları, restoranlar və qeyri-qanuni idxal/ixrac biznesi işlədirdilər. Əvvəlcə Xamisyan edam tərzi ilə 1996-cı ilin avqustunda öldürüldü, 1997-ci ilin oktyabrında isə eyni silahla öldürüldüyü iddia edilən Davityan qətl edildi.

Ermənistan və Dağlıq Qarabağdakı ən məşhur terrorçu ermənilərin “milli qəhrəmanı” Monte Melkonyandır. İngilis dilində yazıları, ən azı iki kitabı, qardaşının yazdığı bir tərcümeyi-halı və ona aid saysız-hesabsız məqalələr, istinadlar mövcuddur. Melkonyan döyüşlərə yeddi terrorçudan ibarət bir qrupa rəhbərlik etməklə başlamışdı. Daha sonra 3000-4000 əsgər və 50 tankdan ibarət bir qüvvəyə rəhbərlik etmiş, Şuşa istisna olmaqla Qarabağdakı böyük döyüşlərin əksəriyyətində iştirak etmişdi.

Bununla yanaşı, Melkonyanın daha qaranlıq tərəfi mövcuddur. Daha öncə də müzakirə edildiyi kimi, ASALA ilə etdiyi ən məşhur akt 1980-ci ilin iyul ayında Türkiyənin Afinadakı attaşe Qalip Özmenin və onun bütün ailəsinə sui-qəsd idi. Özmenin həyat yoldaşı və 17 yaşlı oğlu yaralandı, hücumdan xilas oldu, lakin həm özü, həm də 14 yaşlı qızı xilas olmadı. Montenin Qarabağdakı fəaliyyətləri də ən azı iki hadisə ilə yadda qalıb. Birincisi, Qaradağlıda olan 56-90 arasında mülki şəxsin və əsirin öldürülməsi idi. Digəri isə Kəlbəcərə hücum əsnasında ən azı 15 mülki insanın ölümü ilə nəticələnən başqa bir hadisə idi. 1993-cü ilin iyun ayında Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə qarşılaşması onun ömrünə son verdi. Ölümü ilə diqqət çəkən keçmiş ASALA və ya “Daşnaksütun” liderinin sonuncusu XX əsrdə erməni terrorizmi haqqında kitabı müvəqqəti də olsa bağladı. Digər ASALA terrorçuları ilə birlikdə olduğu müddətdə Ermənistana gəldiyi vaxtdan Melkonyanın “Daşnaksütun”da çəkdiyi “borcunu” ödəmək üçün orada çalışdığı barədə davamlı şayiələrin yayıldığını qeyd etmək lazımdır. Livanda Hakobyanla mübahisəsi zamanı həyatını xilas edə bildi. Melkonyanın ailəsi isə bu iddianı rədd edir.

Maraqlısı budur ki, Ermənistan prezidenti Levon Ter-Petrosyanın Melkonyanın dövlət cənazəsinə qatılması ABŞ Dövlət katibi Uarren Kristoferin ABŞ-ın İrəvandakı səfirliyinə prezidentin tanınmış beynəlxalq terrorçunun dəfn mərasimində iştirak etməsinin səbəbini izah etmək üçün kifayət qədər çaşqın bir teleqram göndərməsinə səbəb oldu. O, xüsusilə soruşurdu: “ASALA Ermənistanda qanuni bir təşkilat kimi qəbul edilirmi?” İrəvandan hansısa bir cavabın gəldiyinə dair bir qeyd yoxdur, ancaq cavabın “hə” olduğunu düşünmək olar və Katib Kristofer o zaman tədbiri Ter-Petrosyanın şəxsən özünün təşkil etdiyini bilsəydi, həm Monte, həm də digər ASALA terrorçusu Levon Minasyan üçün Sovet İttifaqına giriş vizaları sualını verməyə ehtiyac duymazdı.

(Ardı var...)
Şahin Qocayev
Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ASALA   Terror   Daşnaksütun   Qarabağ  

Qarabağı terror yuvasına çevirən erməni diasporu: ABŞ Dövlət katibi niyə Petrosyana teleqram göndərib? - II YAZI

2020/10/66666-1603277558.jpg
Oxunub: 9521     14:28     22 Oktyabr 2020    