Xudafərin 27 ildən sonra öz sahibinə qovuşdu - FOTOLAR

2020/10/44383-1603042857.jpg
Oxunub: 1015     21:28     18 Oktyabr 2020    
Oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Müzəffər ordumuz tarixi abidəni öz sahibinə qaytardı. Bu müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Ali Baş Komandan İlham Əliyev çatdırdı.

Xudafərin körpüsü XI əsrə aid unikal abidədir. Körpü Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı dağılıb, sonradan bərpa edilib.

İpək Yolunun üzərində yerləşən Xudafərin körpüləri haqqında tarixi mənbələrdə ətraflı məlumatlara rast gəlmək olur. Araz çayının üstündə çoxlu körpülər salınsa da, onlardan ən məşhuru Xudafərindir. Tarixə şahidlik edən körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.

Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsü həm də simvolik abidə hesab olunur. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir.

Tədqiqatçıların fikrincə, körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan ona “Xudafərin” adı verilib. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə fikirlər səsləndirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Xudafərin  

Xudafərin 27 ildən sonra öz sahibinə qovuşdu - FOTOLAR

2020/10/44383-1603042857.jpg
Oxunub: 1016     21:28     18 Oktyabr 2020    