MN: Düşmənin 527-ci alayının taboru döyüşlərdə iştirakdan imtina edib

2020/07/1593581136.jpg
Oxunub: 1544     17:41     18 Oktyabr 2020    
Ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan silahlı qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin 1-ci korpusunun hərbi hissələrinə əlavə qüvvə olaraq kömək məqsədilə göndərilən taborun ölən və yaralıları əsasən zabit və gizir heyətidir.

Döyüşlərdə darmadağın edilən hərbi hissəyə əlavə qüvvə və texnika verilmir. Şəxsi heyət ilə komplektləşdirilə bilməyən və sursat baxımından çətinlik çəkən tabor müdafiə zolağını tam bağlaya bilmir. Bu səbəbdən də taborun şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Müdafiə-Nazirliyi  

MN: Düşmənin 527-ci alayının taboru döyüşlərdə iştirakdan imtina edib

2020/07/1593581136.jpg
Oxunub: 1545     17:41     18 Oktyabr 2020    