Azərbaycan Şahinləri “S-300 ovu”nda: Ermənistanın Qarabağda HHM qoşunlarının fəaliyyəti iflicdir

2020/10/2020--1602316091.jpg
Oxunub: 3542     16:10     18 Oktyabr 2020    
Azərbaycan xalqı 26 il atəşkəs rejiminin müşayiəti ilə dövlətin mənasız danışıqlara cəlb olunmasının acı nəticələrinin təkrar olunmasından narahatdır. Lakin bu dəfə atəşkəs fərqli atmosferdə davam edir, düşmən təxribata əl atır və bütün istiqamətlər üzrə artıqlaması ilə cavabını alı.

Xatırlayırsınızsa, oktyabrın 10-da humanitar atəşkəs elan olundu. Atəşkəsin qüvvəyə minməsindən 40 dəqiqə öncə Azərbaycan Ordusu tərəfindən Qubadlı rayonunda yerləşən Ermənistana aid S-300 kompleksinin idarəetmə məntəqəsini məhv edildi.

İlk S-300 atıcı qurğusu sentyabrın 28-də Qubadlı ərazisində, əvvəlcədən yerləşdiyi mövqedə sıradan çıxarıldı. HHM vasitələrinin böyük bir hissəsini münaqişənin ilk günündə itirən erməni ordusu, müdafiə imkanlarını qismən də olsa bərpa etmək üçün Ermənistandan S-300 komplekslərini Qarabağ ərazisinə keçirmək qərarına gəldi.

İkinci S-300 qurğusu isə sentyabrın 29-da Xocalı rayonunun Şuşakənd ərazisində sıradan çıxarıldı. Azərbaycan Ordusu İrəvanın hava məkanını müdafiə edən S-300 zenit-raket komplekslərinin döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz istiqamətində hərəkətinin qarşısını almaq üçün xəbərdarlıq etdi.

Oktyabrın 18-də növbəti humanitar atəşkəs elan edildi. Atəşkəsdən az əvvəl Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi və digər atəş vasitələri ilə bərabər 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyasının məhv edildiyi məlum oldu. Beləliklə, 27 sentyabrdan bu günə qədər 2 ədəd S-300 kompleksinin atıcı qurğusu və 2 ədəd tuşlama stansiyası məhv edilib.

S-300 (ABŞ və NATO təsnifatına görə SA-10 “Grumble”, SA-12 “Giant”/”Gladiator”, SA-20 “Gargoyle”) uzaqmənzilli zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlananan kompleks 1979-cu ildən istismardadır.

S-300 zenit raket sistemi (ZRS) radiolokasiyalı tuşlama sisteminə malik idarəetmə mərkəzindən və 6 zenit-raket kompleksindən ibarətdir. Atıcı qurğular barədə əvvəl məlumat verdiyimizə görə bu dəfə komleksin idarəetmə tuşlama stansiyası barədə məlumatları Sizinlə bölüşəcəyik.

İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunan kompleks eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir. Eyni zamanda 36 hədəfi məhv etməyə qadirdir. MAZ tipli nəqliyyat vasitələrinin şassisi üzərində quraşdırılan bu ZRK atəşdən sonra sürətlə yerini dəyişə bilir, maşının yenidən döyüş vəziyyətinə gətirilməsi üçün cəmi beş dəqiqə zaman tələb olunur. Raketinin uzunluğu 7.5 metr, raketinin diametri 0.519 metr, raketinin çəkisi 1480-1500 kq arasında, çapı 515 mm, döyüş başlığının çəkisi isə 180 kq olur.

İdarəetmə məntəqəsi

Kompleksin 5E266 TVK idarəetmə məntəqəsi sıx radiomüdaxilə, şəraitində hava şəraitini qiymətləndirmək üçün bütün radar sistemlərinin işinin əlaqələndirməsi, müdaxiləni basdırmaq üçün maneə əleyhinə sistemlərə əmrlərin verilməsi, avtomatik izləmə üçün hədəflərin axtarışını və ələ keçirilməsini təmin etmək, hazırlıq və atəşlə bağlı bütün əməliyyatların həyata keçirilməsi üçün əsas funksiyanı yerinə yetirmək üçün nəzərdə tutulur.

5E266 TVK bir ünvanlı quruluşa malik universal idarəetmə sistemindən istifadə edir. İdarəetmə komandaları ikili sistemdə təqdim olunan 18 say nömrələrindən (1-17 - məlumat, 18 - yoxlama) ibarətdir.

İdarəetmə məntəqəsinin xarici qurğularla məlumat mübadiləsi üçün iki kanal mövcuddur:

1. Məlumat yazmaq və ya RAM-dən məlumat oxumaq üçün tələb olunan impuls sorğusu ilə kanal mübadiləsi (prosessorun dayandırılması ilə);
2. Proqram mübadiləsi (fasilə və mübadilə alt proqramına giriş ilə).

İdarəetmə məntəqəsinə məlumat qəbul edən aktiv 52 abunəçi və məlumat ötürmək üçün aktiv 53 abonent qoşula bilər.

Telekod rabitə sistemi (TRS) alayın əmr və ya komanda məntəqəsi ilə rabitəni təmin edir. ZIL-131 bazasındakı FL-95MA tipli 25 metrlik teleskopik dirəyi, hava hücumundan müdafiə sisteminin bir hissəsi olaraq istifadə edilərək hava vəziyyəti haqqında sabit məlumat mübadiləsini, 20 km-dən çox məsafədə zenit raket sistemi ilə idarə edilməsini təmin edir.

Hava hücumundan müdafiə raket sisteminin bütün bölmələrinin qarşılıqlı rabitə əlaqəsi 150 m-dən çox olmayan məsafədə kabel telemetriya (radio xətti) kanalları vasitəsilə həyata keçirilir.

Tuşlanma stansiyası

S-300 komplekslərinin 30N6 tuşlama işıqlandırma radarı (NATO təsnifatına uyğun olaraq FLAP LID A) yük maşının üzərində quraşdırılır. 64N6 müşahidə radarı (NATO təsnifatına görə BIG BIRD) isə generator boyunca böyük bir qoşqu üzərində quraşdırılır və adətən 8 təkərli MAZ-a qoşulur. 76N6 alçaq yüksəklikli aşkarlayıcı (NATO təsnifatına görə CLAM SHELL) 24 ilə 39 m-ə qədər qaldırıla bilən böyük qoşqunun üzərində quraşdırılır.

Ermənistan silahlanmasında mövcud olan S-300P və S-300PS kompleksləri hədəfin aşkarlanması üçün 76N6 alçaq yüksəklikli aşkarlayıcı radarın və fazalı anten çərçivəsinə malik 30N6 tuşlama işıqlandırma radarının birləşməsindən istifadə edir. Bundan əlavə kompleks ayrı bir yük maşınında yerləşən komanda məntəqəsinə və hər birində 4 raket olan qoşqularda 12 atıcı qurğuya malikdir.

Kompleks ballistik və ya qanadlı raketləri məhv etmək üçün istifadə olunursa, o zaman 64N6 aşkarlama radarından istifadə edir. Bu radar 1000 km-ə qədər məsafədə 10000 km/s-ə qədər sürətlə hərəkət edə bilən ballistik raketləri, həmçinin 300 km-dək məsafədəki qanadlı raketləri aşkar edə bilir.

36D6 isə hədəflərin erkən aşkarlanması üçün bir kompleksi məlumatlarla təmin etmək üçün də istifadə edilir. O, minimum 20 km məsafədə 60 m yüksəklikdə, 30 km məsafədə isə 100 m yüksəklikdə və 175 km-ə qədər məsafədə isə maksimum yüksəklikdə uçan raket tipli hədəfləri aşkar edə bilər. Bundan əlavə kompleks 300 km-ə qədər bir hədəfi aşkar edə bilən 64N6 istifadə edə bilər.

Hazırda Ermənistanda mövcud olan HHM komplekslərinin, xüsusilə “Osa”, “Tor” və S-300-lərin bir çoxunun həm atıcı qurğusu, həm tuşlama və idarəetmə stansiyası Azərbaycan Ordusu tərəfindən məhv edilib. Bu isə Ermənistanın kifayət qədər HHM vasitələrinin sıxlığına nail olduğu Qarabağ ərazisində ciddi boşluqların yaranmasına səbəb olub. Nəticədə pilotlu aviasiya üçün daha geniş imkanlar yaranıb. Düşmənin YSM və silah-sursat anbarlarının məhv edilməsi də məhz Ermənistanın HHM sahəsində imkanlarının məhdudlaşdığını təsdiq edir. Əgər Ermənistan humanitar atəşkəsə riayət etməzsə, yaxın perspektivdə düşmən müdafiəsinin dərinliyində Azərbaycan aviasiyasının daha kütləvi tətbiqi gözləniləndir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   HHQ   S-300  

Azərbaycan Şahinləri “S-300 ovu”nda: Ermənistanın Qarabağda HHM qoşunlarının fəaliyyəti iflicdir

2020/10/2020--1602316091.jpg
Oxunub: 3543     16:10     18 Oktyabr 2020    