Gəncədə həlak olanların xatirəsi Vaşinqtonda anılıb

2020/10/2197f-1602994030.jpg
Oxunub: 559     08:06     18 Oktyabr 2020    
Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə dinc insanlara qarşı törətdiyi qanlı hücum zamanı həlak olanların xatirəsi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda anılıb.

Ordu.az-ın yerli bürosu xəbər verir ki, ABŞ-Azərbaycan icmasının üzvləri Vaşinqtondakı səfirliyin binası qarşısına gələrək, mülki insanların qətlindən kədərləndiklərini bildiriblər. Səfirliyin inzibati binasının divarlarına “Gəncə 17.10.2020” sözləri yazılıb. Eyni zamanda səfirliyin hasarına qətliam zamanı öldürülən uşaqların fotoları vurulub. Uşaq oyuncaqları düzülərək onların xatirəsi yad edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Azərbaycan   Gəncə  

Gəncədə həlak olanların xatirəsi Vaşinqtonda anılıb

2020/10/2197f-1602994030.jpg
Oxunub: 562     08:06     18 Oktyabr 2020    