Vitse-prezidenti köməkçisi: "Gəncədə baş verənlərə göstəriləcək neytrallıq qəbuledilməzdir"

2020/10/59922-1602440793.jpg
Oxunub: 781     19:31     17 Oktyabr 2020    
"Bu gün biz bir daha şahid olduq ki, Gəncə orada yaşayan azərbaycanlılara görə hədəf alınır".

Ordu.az xəbər verir ki, bunu Birinci Vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov diplomatik korpus nümayəndələrinin iştirakı ilə Gəncədə keçirilən brifinqdə deyib.

O bildirib ki, Gəncəyə səfər diplomatlara dağıntının nəticəsini, Ermənistanın qəddarlığının dərəcəsini öz gözləri ilə görməyə imkan verir.

"Bu qeyri-insani hücum Azərbaycanın ikinci ən böyük şəhərinə qarşı törədilib. Çox təəssüf ki, belə qısa zaman ərzində biz artıq ikinci dəfədir, eyni faciəvi səbəbə görə diplomatik korpusun nümayəndələrini Gəncəyə gətiririk. Biz daha öncə də xəbərdarlıq etmişdik ki, Ermənistanın terror fəaliyyətinə qarşı beynəlxalq qınamanın olmamamsı cəzasızlığa gətirib çıxaracaq. Bu səbəbdən düşünürəm ki, bu gecə Ermənistan hakimiyyəti yenidən beynəlxalq hüququ, beynəlxalq humanitar hüququ kobud şəkildə pozmağı və günahsız dinc əhalini hədəf kimi seçməyi qərara aldı", - o bildirib.

E. Əmirbəyov deyib ki, bu, barbarlıq aktıdır: “Gəncə təmas xəttindən uzaqdadır və orada heç bir döyüş fəaliyyəti yoxdur. Həmçinin Mingəçevir də aqressiv ölkə olan Ermənistan tərəfindən hədəf alınıb. Məqsəd əhalini qorxutmaq, bu münaqişənin coğrafiyasını genişləndirməkdir. Ona görə də bütün bu hücumlar pislənilməlidir. Bu, insanlığa qarşı cinayətdir, Cenevrə Konvensiyasına əsasən müharibə cinayətidir. Gözləyirik ki, beynəlxalq ictimaiyyət Gəncə və təmas xəttində baş verənlər arasında süni müqayisə aparmaqdan çəkinəcək. Bu hadisəyə göstəriləcək neytrallıq bizim üçün tamamilə qəbuledilməzdir. Qeyd olunduğu kimi Gəncədə hərbi obyektlər yoxdur və dinc əhali heç bir şəkildə döyüş fəaliyyətinə cəlb olunmayıb".

Vitse-prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan öz mülki əhalisini müdafiə etmək və o cümlədən vətəndaşlarının təhlükəsizliyini təhdid edən hərbi obyektləri neytrallaşdırmaq hüququnu özündə saxlayır. "Baş verənlərin nəticələri ilə bağlı məsuliyyəti Ermənistanın kriminal hökuməti daşıyır", o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gəncə   Terror  

Vitse-prezidenti köməkçisi: "Gəncədə baş verənlərə göstəriləcək neytrallıq qəbuledilməzdir"

2020/10/59922-1602440793.jpg
Oxunub: 782     19:31     17 Oktyabr 2020    