Baş Prokuror: "Erməni təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb"

2020/10/16029-1602945896.jpg
Oxunub: 655     18:44     17 Oktyabr 2020    
“Erməni təxribatları ilə bağlı artıq müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb. Hazırda lazım olan bütün sübutlar toplanılır və biz Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün müxtəlif istiqamətlərdə hərəkət edəcəyik”.

Ordu.az-ın məlumatına görə, bunu diplomatik nümayəndələrin Gəncəyə səfərinə həsr olunan brifinqdə Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bütün bu göstərişlər - Gəncənin bombalanması və digər dinc əhalinin raket atəşinə məruz qalması birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilib: “Onların məsuliyyətə cəlb olunmaları üçün bütün prosedur qaydalara uyğun olaraq - həm daxili qanunvericiliyə, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun sübutlar toplanır. Bunlar barədə müxtəlif vasitələrdən istifadə etməklə həm BMT-nin müvafiq tribunalının yaradılması ilə bağlı, eyni zamanda İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilməsi ilə bağlı iddialar qaldırılacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Gəncə  

Baş Prokuror: "Erməni təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb"

2020/10/16029-1602945896.jpg
Oxunub: 656     18:44     17 Oktyabr 2020    