Düşmənin “Tor-M2KM” ZRK-larla bağlı planları iflasa uğrayıb

2019/12/56756-1577448180.jpg
Oxunub: 1927     17:34     17 Oktyabr 2020    
Sentyabrın 27-də başlayan döyüş əməliyyatlarında məhv edilən düşmən vasitələri arasında 3 ədəd “Tor” zenit-raket kompleksi də yer alır. Məhv edilən “Osa” sayına görə çox geridə qalan “Tor” kompleksləri istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarə, helikopter, qanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatları və qısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq üçün hazırlanan özüyeriyən qısa mənzilli zenit-raket kompleksidir. Xüsusiyyətlərinə görə, Ermənistanın silahlanmasında mövcud olan eyni təyinatlı “Buk” və “Kub” kimi komplekslərdən daha üstündür. Lakin “Tor” kompleksləri də zərbə və kamikadze tipli Azərbaycan PUA-ları qarşısında həssaslıq göstərməkdədir.

1986-cı ildə silahlanmaya qəbul edilən “Tor” kompleksi Ermənistan ictimaiyyətinə daim postsovet məkanında öz sinifinin ən mükəmməl HHM sistemlərindən biri kimi təqdim edilib. Lakin bu gün Qarabağ səmasında Azərbaycanın hava hücum vasitələrinin sərbəst manevr edərək “master klass” göstərməsi, bəzən isə bir PUA-nın hədəf göstərməsi, digər PUA-nın isə tam fərqli istiqamətdən hədəfə zərbə endirməsi, həm də bütün baş verən proseslərinin vizual olaraq qeydə alınması, növbəti dəfə istehsalçı və istifadəçinin birgə “Məlikməmməd nağılına” nöqtə qoydu. Bu barədə saytımızda HHM üzrə təcrübəli və peşəkar mütəxəssis, ehtiyatda olan polkovnik Ramiz Şərifovun kifayət qədər ətraflı araşdırmaları dərc edilib.

Ermənistanın modernizasiya edilən “Tor-M2KM” kompleksinin alınması ilə HHM eşalonlaşdırılmasını tamamlayacağı nəzərdə tutulurdu. Lakin son döyüşlərdə düşmənin S-300, “Buk”, “Kruq” və “Tor” və s. kimi zenit raket komplekslərinin məhv edilməsi Azərbaycanın həm pilotlu, həm də pilotsuz aviasiyası üçün təbiq imkanlarını genişləndirib.

Ermənistanın “Tor-M2KM” zenit raket komplekslərini Qarabağın dağlıq hissəsində yerləşdirməklə məhvetmə zonalarının hüdudlarını genişləndirmək planları artıq iflasa uğrayıb. “Osa-AKM”lərin itkiləri isə 35 ədəddən çox olduğu üçün onlar barədə danışmağa dəymir. Bu isə Qarabağın dağlıq hissəsində yerləşən böyük şəhərlərin və hərbi-iqtisadi obyektlərin hava hücumundan müdafiəsinin zəifləməsini əsaslandırır. Lakin daşınan ZRK-larının təchizatının aktiv davam etdiyini də unutmaq olmaz.

Yaxın perspektivdə Azərbaycan hücum vasitələrinin daha çox taktiki raketlərin start mövqelərinə və onların RLS-lərinin məhv edilməsinə istiqamətlənəcəyi, həmçinin yeni ərazilərin azad edilməsi ilə hücum templərini artıracağı gözlənilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tor   Ermənistan   ZRK  

Düşmənin “Tor-M2KM” ZRK-larla bağlı planları iflasa uğrayıb

2019/12/56756-1577448180.jpg
Oxunub: 1928     17:34     17 Oktyabr 2020    