Ermənistanın Gəncə terroru və Azərbaycanın Fizuli cavabı

2020/10/55-1602938680.jpg
Oxunub: 1225     16:43     17 Oktyabr 2020    
Sentyabrın 27-dən başlayan əks hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusunun qarşısında tab gətirməyən Ermənistan Ordusu, ilk günlərdən mülki əhalini atəşə tutmaqla bəşəriyətin gözü qarşısında hərbi cinayətlər törətməkdə davam edir. Ermənistan hakimiyyəti mülki hədəf kimi əsasən daha sıx məskunlaşmaya malik Gəncəni prioritet hesab edir. İlk dəfə Gəncə oktyabrın 4-də 4 ədəd raket zərbəsinə məruz qaldı. Humanitar atəşkəs elan ediləndən bir neçə saat sonra Ermənistan raketləri Gəncəni təkrar raket atəşinə tutmaqla həm növbəti cinayətə imza atdı, həm də Rusiyaya olan münasibətini tam çılpaqlığı ilə göstərdi. Lakin nə beynəlxalq təşkilatlar, nə də vasitəçi ATƏT həmsədrləri erməni cinayətlərinə qarşı heç bir reaksiya vermədilər. Bu səssizlik isə gözlənildiyi kimi cinayətkar rejimi yeni zərbələr endirməyə həvəsləndirdi.

Ermənistanın adətən döyüş əməliyyatları teatrında məruz qaldığı məğlubiyyətlərini kompensasiya etmək üçün mülki əhalini atəşə tutması ilk dəfə baş vermir. Bu 1992-1994-cü illərdə, 2016-cı ildə, 2020-ci ilin iyulunda artıq baş verib. İndi də davam edir. Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 60 mülki şəxs qətlə yetirilib, 270 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 327, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1704-dir.

Ermənistanın bu coğrafiyada mövcudluğu davam etdiyi hər an, mülki əhalimizin raket zərbələrinə məruz qalması mümkündür. Buna görə də sığınacaqların hazırlanması və xəbərdarlıq sisteminin aktiv fəaliyyəti diqqət mərkəzində olmalıdır. Atılan raketlərin Mingəçevir istiqamətində məhv edilməsi xüsusilə vurğulanmalıdır.

Mövcud məğlubiyyətləri fonunda Ermənistanın buraxdığı hər bir raketin Azərbaycanın mülki əhalisini hədəf aldığı şübhəsizdir, bu alçaq addımların növbəti ərazilərin azad edilməsi fonunda davam edəcəyi istisna deyil. Buna görə də düşmənin OTRK və ZRK divizionlarının (batareyalarının) izlənilməsi, onların atıcı qurğu və tuşlama RLS-lərinin Qarabağ və ya Ermənistan ərazisində yerləşməsindən asılı olmayaraq, ən geci start mövqelərində zərərsizləşdirilmələrinin aktiv davam edirilməsi məqsədəuyğun ola bilər. Silahlı Qüvvələrimizi artıq belə bir təcrübəyə malikdir. OTRK-ların həm start mövqelərində, həm də trayektoriyasının ilkin mərhələsində məhv edilməsi də düşmənin cilovlanmasına müsbət təsir edəcək.

Hədəfə yönəlməyən və ya təhlükəsiz əraziyə düşəcək raketlər zərəsizləşdirilməyə də bilər, lakin izlənilməsi və görüntülərin əldə edilməsi vacibdir. Ermənistan anlamalıdır ki, iritdikləri Fizuli şəhərini və 7 kəndi Gəncədə yatan mülki əhali deyil, Azərbaycan Əsgəri azad edib. Silahlanmasında mövcud olan və azalmaqda davam edən raketlərdən mülki əhaliyə qarşı istifadə etməklə, Ermənistan Azərbaycana həm də öz ərazisində yerləşən hərbi hədəfləri legitimləşdirməyə kömək edir. Gəncəyə endirilən xain raket zərbəsinin qisasını alan Ordumuz Fizuli şəhərinin və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərini işğaldan azad etdi. Bu, bir daha Azərbaycanın məqsədlərinin yalnız işğal altında olan ərazilərini azad etməkdən ibarət olduğunu göstərir. Azərbaycanın əlində olan OTRK tipli silah sistemləri Ermənistanın raket komplekslərindən 40-45 il sonra, həm də texnoloji cəhətdən inkişaf etmiş ölkələr tərəfindən istehsal olunub. Lakin Azərbaycan Ordusu onları heç bir halda mülki əhaliyə qarşı tətbiq etməyib və etməyəcək. Paşinyan hakimiyyəti isə Azərbaycanı bu addımı atmağa təhrik etməklə, münaqişənin coğrafiyasını genişləndirməyi hesablayır, lakin təbii ki, bu da istənilən nəticəni vermir. Əvəzində isə Ordumuz 30 il işğal altında qalan ərazilərimizi daha sürətlə azad etməklə Yeni Tarix yazır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Terror   Gəncə   OTRK   Fizuli  

Ermənistanın Gəncə terroru və Azərbaycanın Fizuli cavabı

2020/10/55-1602938680.jpg
Oxunub: 1228     16:43     17 Oktyabr 2020    