Erməni ekspert: “İran Xarici İşlər nazirinin təklifi Ermənistan üçün məqbul ola bilməz”

2020/10/Untit-1602931501.jpg
Oxunub: 1318     15:58     17 Oktyabr 2020    
Azərbaycan və İran Xarici İşlər nazirləri Ceyhun Bayramov və Məhəmməd Cavad Zərif Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.

İRNA-nın məlumatına görə, Zərif İran-Türkiyə-Rusiya regional təşəbbüsü çərçivəsində Minsk qrupu mexanizminin əlavəsi kimi Dağlıq Qarabağ münaqişəsinin dinc və sabit həllinə dəstək verməklə bağlı İranın hazırlığını bildirib.

Erməni iranşünas ekspert Emma Beqicanyanın sözlərinə görə, İran Xarici İşlər nazirinin təklifi Ermənistan üçün məqbul ola bilməz.

“Hətta ATƏT-in Minsk qrupunun formatını tamamlayan mexanizm kimi o, bizim üçün məqbul deyil və işləməyəcək”, - deyə o bildirib.

Beqicanyan qeyd edib ki, Rusiya həmişə bərabərlik nişanı qoyub, buna görə də bu format işləyə bilməz.

“İran sadəcə bu prosesdən çıxarılıb və səylər göstərir. İranlı mütəxəssislər belə deyirlər ki, İran kənarda qalmamaq üçün hazırlanmış layihə təqdim etməlidir. Göründüyü kimi, bu, hazırlanmış layihədir. İndi Türkiyənin təklifi ilə məsələ Suriya variantında həll olmağa gedir. Lakin, fikrimcə, bu, Ermənistan üçün məqbul deyil”, - deyə erməni iranşünas vurğulayıb.

Digər bir erməni iranşünas ekspert Armen Vardanyanın sözlərinə görə, müharibə əməliyyatlarının ən başlanğıcından İran deyib ki, Azərbaycan və Ermənistanın danışıqlar masası ətrafında oturması və atəşi dayandırması üçün hər şəkildə töhfə verməyə hazırdır.

“Həmçinin deyib ki, konkret təklifə sahibdir. Lakin, fikrimcə, yuxarıda qeyd olunan uğura malik olmayacaq. ATƏT-in Minsk qrupu formatından kənarda qalmış bütün variantlar Ermənistan üçün məqbul deyil”, - deyə Vardanyan qeyd edib.

O bildirib ki, bu format ATƏT-in Minsk qrupunda əlavə kimi də ola bilməz: “Xüsusən, Türkiyədən fərqli olaraq, İran ATƏT-in Minsk qrupunun üzvü belə deyil”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İran   Qarabağ  

Erməni ekspert: “İran Xarici İşlər nazirinin təklifi Ermənistan üçün məqbul ola bilməz”

2020/10/Untit-1602931501.jpg
Oxunub: 1319     15:58     17 Oktyabr 2020    