Ermənistan kibermühitdə təxribat əməllərini davam etdirir

2020/10/16029-1602928206.jpg
Oxunub: 745     13:49     17 Oktyabr 2020    
Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribat əməllərini davam etdirir.

Ordu.az-ın Elektron Təhlükəsizlik Xidmətinə istinadən verdiyi məlumata görə, düşmən Rusiya ölkə kodlu nömrələrdən Azərbaycan vətəndaşlarının mobil və stasionar telefonlarına zənglər edərək Türkiyə vətəndaşlarının adından saxta çağırışlar edir. Məqsəd təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlardan xahiş edir ki, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər.

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan  

Ermənistan kibermühitdə təxribat əməllərini davam etdirir

2020/10/16029-1602928206.jpg
Oxunub: 748     13:49     17 Oktyabr 2020    