Prezident: "İstənilən yolla torpağı alacağıq, hər kəs bunu bilsin!"

2020/10/02683-1602917502.jpg
Oxunub: 679     10:44     17 Oktyabr 2020    
“Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur. Suqovuşandır. Başqa bizim tarixi adlarımızı da bərpa edəcəyik”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdən bəs, get köçür, görüm necə köçürəcəksən. Bu saxta, quldur dəstə başçısının dırnaqarası andiçmə mərasimi keçirilən yer nə gündə oldu, darmadağın etmişik oranı, darmadağın! 7 şərt qoyurdun bizim qarşımızda, ultimatumla danışırdın. Bir görüm hansı şərti qoyursan?! Nə oldu bəs? Onun-bunun ətəyindən yapışıb, yıxılıb onun-bunun ayağının altında imdad diləyirsən ki, Azərbaycanı durdurun, Azərbaycana deyin ki, dayansın. Çıx torpağımızdan dayanaq, rədd ol torpağımızdan dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu deyir. Hər gün bunu deyirəm. Çıx, de ki, sabah mən buradan çıxıram – dayanırıq. Bizə qan tökmək lazım deyil, bizə torpaq lazımdır. İstənilən yolla bu torpağı biz alacağıq. Hər kəs bunu bilsin!”, - Prezident vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Prezident  

Prezident: "İstənilən yolla torpağı alacağıq, hər kəs bunu bilsin!"

2020/10/02683-1602917502.jpg
Oxunub: 680     10:44     17 Oktyabr 2020    