Erməni hərbçiləri döyüşdən imtina edir

2020/10/12084-1601881201.jpg
Oxunub: 861     08:55     17 Oktyabr 2020    
Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib.

Bu barədə Ordu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan var. Gücləndirmə məqsədilə alaya təhkim edilmiş xüsusi təyinatlı polis dəstəsinin üzvləri də döyüş mövqelərini tərk edərək qaçıb. Alayın bölmələrində ərzaq və döyüş sursatının çatışmazlığı müşahidə edilir.

Düşmən bölmələrində şəxsi heyətin yorğun və ümidsiz olması səbəbindən zabitlərə tabe olmama, həmçinin qorxu və təşvişə düşərək döyüşə girməkdən imtina etmə halları qeydə alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   MN  

Erməni hərbçiləri döyüşdən imtina edir

2020/10/12084-1601881201.jpg
Oxunub: 862     08:55     17 Oktyabr 2020    