Ermənistanın Tovuz döyüşləri zamanı "məhşur" kamikadze PUA-sı hardadır? - HƏRBİ EKSPERT

2020/10/11-1602491819.jpg
Oxunub: 6181     13:11     12 Oktyabr 2020    
Bu ilin ilk yarısından artıq Ermənistanın Azərbaycana qarşı təcavüz aktlarına hazırlaşdığı məlum idi. 2016-cı ilin təcrübəsi Ermənistanın zərbə tipli PUA-larda geriliyini aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görülməsini tələb edirdi. Keçən 4 il ərzində Ermənistan sənaye kompleksi müxtəlif layihələr barədə səs-küylü layihələrə imza atdığını elan etdi. Bu il iyulun 16-da Ermənistan Yüksək Texnologiyalar Sənayesi naziri Hakob Arşakyan özünün “Facebook” səhifəsində erməni PUA-sının fotosunu paylaşmaqla ilk dəfə olaraq döyüşdə yüksək effektivliklə istifadə edildiyinə dair məlumatlar yaydı. Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətin təbliğat maşının nümayəndələri də Hakob Arşakyana istinadən, bəzi yerli KİV-lərdə “bombardmançı PUA” haqqında məlumatları tirajlamağa gecikmədilər. Bəzi mənbələr bir az qabağa gedərək bu vasitələrin Azərbaycan tərəfinin radiolokasiya stansiyaları üçün görünməz, yəni stels xüsusiyyətlərə malik olduğunu iddia etdilər.

Təbii ki, Ermənistanda hansısa PUA-nın tətbiqi, hətta onun layihəsinin inkişafı, hazırlanması, sınaqları və tətbiqi ilə bağlı məsələlərin, xususilə baş verən hadisələr fonunda Azərbaycan audiotoriyası üçün böyük maraq kəsb etdiyini nəzərə alaraq bu fakta bir az daha dərindən nəzər yetirməyə qərara aldıq.

İlk öncə qeyd edim ki, bu vasitənin hazırlanmasında Hakob Arşakyanın nazir kimi heç bir rolu olmayıb və indi də yoxdur. Bu PUA-nı sanki öz şəxsi uğuru kimi ictimaiyyətə təqdim etməsi isə dövlət adamı kimi onun müəyyən fərdi komplekslərə malik olduğunu göstərir. Bu vasitələr hələ Serj Sarkisyan hakimiyyətdə olarkən ona və keçmiş Müdafiə naziri Vigen Sarkisyana sərgidə təqdim olunub.

Digər tərəfdən Hakobun qumbara daşıyan bir vasitəni “bombardmançı PUA” kimi təqdim etməsinin absurd olmasını, Ordu.az bu kadrlar təqdim ediləndən bir neçə gün sonra oxuculara çatdırmışdı.

Birincisi pilotsuz vasitələrin təsnifatlandırılmasında “bombardmançı PUA” anlayışı ümumiyyətlə mövcud deyil. Zərbə, kəşfiyyat və kamikadze PUA-ları anlayışı mövcuddur ki, bundan yəqin ki, Hakob xəbərsizdir. Bombardmançı anlayışı pilotlu aviasiyaya aid termindir.

İstehsalçı şirkətin nümayəndəsi öz ifadəsində BEEB-3200 PUA-sının müşahidə vəzifələri ilə bərabər qumbara atmaq və bazaya qayıtmaq xüsusiyyətinə malik olduğunu bildirir. Diqqət etsəniz istehsalçının “qumbara” ifadəsini erməni nazir “bomba” kimi səsləndirir. Təbii ki, Ermənistan tərəfinin bu vasitəni yüksək dəqiqlikli zərbə PUA-sı kimi təqdim etməsi, sadəcə Ermənistan ordusunun texnoloji müharibədə geridə qalmadığını, nazirliyə tabe olan müdafiə sənayesinin istehsal etdiyi məhsulların işə yaradığını nümayiş etdirmək məqsədi daşıyırdı. İkinci tərəfdən isə yüksək dəqiqlikli zərbə endirmək imkanları idarəolunan və kilidlənən silah sistemlərinə aiddir ki, bunu da dünyada PUA-lar üzərində yalnız 4 ölkə tətbiq edə bilib. Onların arasında Azərbaycana həm texnologiya, həm də hazır məhsul ixrac edən Türkiyə və İsrail də yer alır.

Maraqlısı odur ki, son illərdə Ermənistan hərbi sənaye kompleksi tərəfindən geniş assortimentdə təqdim edilən yerli və milli silahlar nə Tovuz istiqamətində, nə də işğal altında olan Qarabağda gözə dəymədi.

Ermənistanın işğalçı ordusunun tətbiq etdiyi, itirdiyi və ya qoyub geri çəkildiyi silah, sursat və texnikaları yaxından izləyən Ordu.az son iki həftə ərzində daim Ermənistanın yerli və milli ixtiralarını axtarsa da, hələlik uğurlu nəticələr əldə etməyib. Erməni dronlarının məhv edilməsi faktları kifayət qədər olsa da, onların arasında yerli sənaye məhsullarına rast gəlinmir. Bu isə daha əvvəl irəli sürdüyümüz bəzi ehtimalları korreksiya etmək zərurəti yaradır.

Ermənistan bir neçə zərbə PUA-sı istehsal etdiyini elan edib. BEEB-3200 zərbə PUA-larının Ermənistan ordusunda istismar edildiyi barədə məlumatlar illər öncə dərc edilib. Demək olar ki, hər ay, bəzən isə hər həftə erməni KİV-lərində yerli PUA istehsalı, erməni şirkətlərinin ciddi nailiyyətləri barədə məlumatlar tirajlanırdı. Sahə ilə maraqlanan insanlar ard-arda məğlubiyyətə uğrayan Ermənistanın yerli nailiyyətlərindən itirdiyi rayon, qəsəbə və kəndlərin geri qaytarılması və rəqib hədəflərinin sıradan çıxarılması üçün istifadə edəcəyini gözləsə də, bu indiyə qədər baş verməyib. Ümumilikdə müdafiə sisteminin dayanıqlığını təmin edən 1-ci və 2-ci eşalonun yarılması zamanı isfifadə edilməyən PUA-ların sonrakı mərhələdə istifadəsi artıq gözlənilmir.

Bir müddət öncə Ermənistan hərbi sənaye kompleksinin yerli PUA kimi təqdim etdiyi modellərdən biri də yerli “ProMAQ” şirkətinin kamikadze tipli HREEŞ PUA-larıdır. Bu PUA İsrailin “Uvision Air” şirkətinin “Hero-400ES” zərbə vasitəsinin kiçik ölçülü kopyasıdır. HREEŞ aparatının özünün kütləsi cəmi 7 kq, faydalı yükünün kütləsi isə 1.6 kq-dan çox deyil. PUA-nın uçuş hündürlüyünün 1 km, uçuş məsafəsinin 40-50 km-ə çatmaqla, rəqibin 20 km məsafədə birbaşa görüntüdən kənar olan gizli obyektlərini məhv etmək üçün nəzərdə tutulduğu iddia edilir. Döyüş başlığının avtomatik rejimdə zirehli vasitələr də daxil olmaqla, hər hansı bir hədəfə zərbə endirməyə qadir olduğu da iddia edilir. 1.6 kq başlığın malik PUA-nın tanka qarşı tətbiqi hansı nəticəni verəcəyi maraq doğurur.

Heç bir əsasımız olmadığı halda, ermənilərin verdiyi məlumatlara inansaq belə, HREEŞ İsrailin “Hero-400ES” PUA-sından zərbə gücünə görə 5 dəfə, fəaliyyət radiusuna görə 3 dəfə, optimal yüksəkliyə görə 5.5 dəfə geri qalır. Reallıqda isə bu fərqin daha da yüksək olduğu şübhəsizdir.

HREEŞ-in digər texniki xüsusiyyətləri tam açıqlanmır. Buna görə də onun texnologi səviyyəsini tam təyin etmək mümkün deyil. Buna “ProMAG” şirkətinin bəzi elementlər üzərində fəaliyyətlərinin tamamlanmaması səbəb ola bilər.

“ProMAG” şirkəti HRREŞ PUA-sının təkmilləşdirilən tapşırıqların ləğv edilməsi funksiyasına, kilidlənmə rejiminin avtomatik olaraq yenidən aktivləşdirilməsinə, sursatın yeni hədəfə yönləndirilməsinə və ya paraşütlə geri qaytarılmasına malik olduğunu iddia edirdi. Bu funksiyaları təmin edən sistemlərin Ermənistanın yerli istehsal müəssisələrində hazırlanması əslində istənilən PUA mübarizəsinin taleyini əvvəlcədən təmin etməli idi, lakin biz nəinki bunu, nəinki bunun əksini, hətta bu və ya digər yerli erməni PUA-larının tətbiqinə aid fakta rast gəlmədik. Əvəzində Çinin hər tinində satılan kvadrokopter tipli “DJİ İnspire” PUA-larını erməni içtimaiyyətinə milli PUA kimi təqdim etdilər. Ondan döyüşlərdən öncə Fizuli istiqamətində ilk istifadə uğursuzluğla nəticələndiyinə görə sonradan bu addımdan imtina edildi.

Daha çox xarici görünüşə görə kopyalanan PUA-ların Ermənistanda istehsal edilməsi son hadisələrə qədər mümkün hesab edilirdi. Lakin döyüş əməliyyatlarında müşahidə edilməyən erməni PUA-ları, əvvəlki ehtimallarımıza dəyişiklik etməyi şərtləndirdi. İlk növbədə Ermənistanın yerli PUA istehsalı barədə verdiyi rəsmi bəyanatların reallıqla əlaqəsi olmadığı məlum oldu.

Ermənistanın məhdud imkanlarına baxmayaraq, PUA sahəsində geriliyi aradan qaldırmaqda çox istəkli görünsə də, bunu reallaşdıra bilmədi. Əslində əvvəl baş verən döyüş əməliyyatları İrəvan üçün alternativ yol da qoymurdu. Ermənistan mütləq PUA əldə etməli idi. Lakin Ermənistan istehsalı deyil, kopyalamaq və adını dəyişdirmək üsuluna üstünlük verildi. Adları da qorxunc səslənirdi: məsələn 1.6 kq kütləyə malik dronu “Monstr” adlandırmaq başqa kimin ağlına gələ bilərdi?

Nəticə etibari ilə Ermənistan “Krunk” və X-55 (ARMİ-55) PUA-larından daha geniş istifadə edirlər. BEEB-1800, BEEB-3000, BEEB-3200, S-1, “Cut” kimi aparatların da sınaqlarının başa çatdığı və silahlanmaya qəbul edildiyi elan edilsə də, onların uğurlu tətbiqinə dair faktlar mövcud deyil.

Davam edən əməliyyatlar Ermənistan hökumət üzvlərinin PUA istehsalında “ciddi nailiyyətlər” əldə etməsi ilə verdiyi bəyanatlarının tamamilə yalan olduğunu sübut etdi. İrəvanın “keyfiyyətli” yerli PUA modellərini deyil, ciddi maliyyə sıxıntıları şəraitində, 10 il əvvəl olduğu kimi yenə də Rusiyadan PUA-lar idxal etməsi, bu sahəyə yatırılan sərmayənin havaya sovurulduğunu göstərir.

Digər tərəfdən isə erməni PUA-larının həm Tovuzda, həm də son əməliyyatların ilk günlərində qismən aktivliyi nəzərə çarpırdısa, hazırda bu aktivlik minimuma qədər enib. İstifadə edilən PUA-lar əsasən Rusiya PUA-larıdır və onların tətbiqi adətən acı sonluqla bitməkdə davam edir.

Ermənistanın PUA-larının ciddi REM vasitələrinə, hiperspektral sensorlara və SAR radarlarına malik olmadığı üçün aktiv müdaxilə mühitində davamlı olaraq spufinq (GPS qəbuledicisinin daha güclü siqnal ilə aparatın koordinatlarını yanlış təyin etməsi) problemi ilə qarşılaşmasına rast gəlinib.

Ermənistan PUA-ları Azərbaycan silahlanmasında mövcud olan “Groza-S” və “Sinitsa” komplekslərinin döyüş əməliyyatları zonasında, uyğun məsafədə yerləşdirilməsindən sonra operatorların fasiləsiz olaraq efirə nəzarət etməsi, PUA-ların radiokanallarını müəyyənləşdirməklə həm rabitə tezliklərini “söndürür”, həm də peyk naviqasiyasının spufinqini həyata keçirə bilir. Birinci halda düşmən PUA-sı düzgün fəaliyyət imkanını, ikinci halda isə PUA öz koordinatlarını düzgün müəyyən etmək qabiliyyətini itirir.

Ermənistan PUA-larının özünü REM vasitələrindən qorumaq üçün bəzi avadanlıqlarla təchizatı mümkündür, lakin onların tətbiqi həm aparatın çəkisinin, həm də onun dəyərinin kəskin artmasına səbəb olur. Hər iki variant Ermənistan üçün arzuedilməzdir. Kifayət qədər baha qiymətə olan bu sistemlərin alınması və inteqrasiyası Ermənistanın məhdud imkanlarını zorlayır. Digər tərəfdən isə ağır çəkili PUA-ların havaya qaldırılması üçün uyğun aerodinamik şərtləri ödəyəcək mühhərik və platforma hazırlamaq daha uzun müddət və ciddi personal resursu tələb edir. Buna görə də erməni tərəfi əlində olan hər bir qurğunu yüksək imkanlara malik vasitə kimi dəyərləndirməyə çalışır, çünki rəqib ilə arasında olan texnoloji uçurumu azaltmağın başqa yolunu tapa bilmir. Azərbaycan Müdafiə Nazirliyinin yayımladığı real videogörüntülər, həm də dünya mediasında dərc edilən məqalələr, bu texnoloji uçurumun miqyasını təsəvvür etməyə imkan verir.

Ermənistan müdafiə sənayesinin istək, iddia və imkanlarının Azərbaycan ilə proporsional olmadığı aşkar şəraitdə müşahidə olunur. Davam edən hərbi əməliyyatların nəticələri, Ermənistanın istehsal etdiyi iddia edilən PUA-ların imkanlarının elan edilənlərdən uzaq olduğunu sübut etdi. Ermənistanın bu sahədəki fəaliyyətləri hələ də PUA mühərriki sahəsində nəticə əldə edə bilməyən Rusiya təcrübəsinə əsaslanır. Yalnız PUA-lara quraşdırılan optik vasitələrin Ermənistanın “LT-Pırkal” və “Araqats” şirkətlərində yerli istehsalı mümkündür.

Döyüş əməliyyatları teatrında məğlub olaraq geri çəkilən Ermənistan çıxış yolu kimi öz ərazisindən mülki əhalimizə qarşı qadağan olunan silahlardan istifadəyə üstünlük verir ki, bu da işğalçı ölkənin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə bir daha göstərmiş olur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   PUA  

Ermənistanın Tovuz döyüşləri zamanı "məhşur" kamikadze PUA-sı hardadır? - HƏRBİ EKSPERT

2020/10/11-1602491819.jpg
Oxunub: 6182     13:11     12 Oktyabr 2020    