Məhv edilən S-300 kompleksinin idarəetmə məntəqəsinə BAXIŞ (HƏRBİ EKSPERT)

2020/10/444-1602332420.jpg
Oxunub: 12454     18:00     10 Oktyabr 2020    
Azərbaycanın Müdafiə Nazirliyi müvəqqəti atəşkəsin qüvvəyə minməsindən 40 dəqiqə əvvəl Azərbaycan Ordusu tərəfindən Qubadlı rayonunda yerləşən və Ermənistana aid S-300 kompleksinin idarəetmə məntəqəsini məhv etdiyi barədə məlumat yaydı.

Daha öncə də bildirdiyimiz kimi, S-300 (ABŞ və NATO təsnifatına görə SA-10 “Grumble”, SA-12 “Giant”/”Gladiator”, SA-20 “Gargoyle”) uzun radiuslu zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlananan kompleks 1979-cu ildən istismardadır.

S-300 zenit raket sistemi (ZRS) radiolokasiyalı axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit-raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur.

İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunan kompleks eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir. Eyni zamanda 36 hədəfi məhv etməyə qadirdir. MAZ tipli nəqliyyat vasitələrinin şassisi üzərində quraşdırılan bu ZRK atəşdən sonra sürətlə yerini dəyişə bilir, maşının yenidən döyüş vəziyyətinə gətirilməsi üçün cəmi beş dəqiqə zaman tələb olunur. Raketinin uzunluğu 7.5 metr, diametri 0.519 metr, çəkisi 1480-1500 kq arasında, kalibri 515 mm, döyüş başlığının çəkisi isə 180 kq olur.

İdarəetmə məntəqəsi

Kompleksin 5E266 TVK idarəetmə məntəqəsi sıx radiomüdaxilə, şəraitində hava şəraitini qiymətləndirmək üçün bütün radar sistemlərinin işinin əlaqələndirməsi, müdaxiləni basdırmaq üçün maneə əleyhinə sistemlərə əmrlərin verilməsi, avtomatik izləmə üçün hədəflərin axtarışını və ələ keçirilməsini təmin etmək, hazırlıq və atəşlə bağlı bütün əməliyyatların həyata keçirilməsi üçün əsas funksiyanı yerinə yetirmək üçün nəzərdə tutulur.

5E266 TVK bir ünvanlı quruluşa malik universal idarəetmə sistemindən istifadə edir. İdarəetmə komandaları ikili sistemdə təqdim olunan 18 say nömrələrindən (1-17 - məlumat, 18 - yoxlama) ibarətdir.

İdarəetmə məntəqəsinin xarici qurğularla məlumat mübadiləsi üçün iki kanal mövcuddur:

1. Məlumat yazmaq və ya RAM-dən məlumat oxumaq üçün tələb olunan impuls sorğusu ilə kanal mübadiləsi (prosessorun dayandırılması ilə);
2. Proqram mübadiləsi (fasilə və mübadilə alt proqramına giriş ilə).

İdarəetmə məntəqəsinə məlumat qəbul edən aktiv 52 abunəçi və məlumat ötürmək üçün aktiv 53 abonent qoşula bilər.

Telekod rabitə sistemi (TRS) alayın əmr və ya komanda məntəqəsi ilə rabitəni təmin edir. ZIL-131 bazasındakı FL-95MA tipli 25 metrlik teleskopik dirəyi, hava hücumundan müdafiə sisteminin bir hissəsi olaraq istifadə edilərək hava vəziyyəti haqqında sabit məlumat mübadiləsini, 20 km-dən çox məsafədə zenit raket sistemi ilə idarə edilməsini təmin edir.

Hava Hücumundan Müdafiə raket sisteminin bütün bölmələrinin qarşılıqlı rabitə əlaqəsi 150 m-dən çox olmayan məsafədə kabel telemetriya (radio xətti) kanalları vasitəsilə həyata keçirilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: S-300   5E266-TVK  

Məhv edilən S-300 kompleksinin idarəetmə məntəqəsinə BAXIŞ (HƏRBİ EKSPERT)

2020/10/444-1602332420.jpg
Oxunub: 12455     18:00     10 Oktyabr 2020    