Azad müharibə nədir və necə aparılır?

2020/10/5555-1602330625.jpg
Oxunub: 4127     14:10     12 Oktyabr 2020    
Azad müharibə (isveç dilində: Fria kriget) düşmən tərəfindən işğal olunmuş ərazilərdə kiçik hərbi bölmələr vasirəsilə aparılan partizan müharibəsinin bir formasıdır. Azad müharibə və partizan müharibəsi arasındakı ən böyük fərq ondadır ki, azad müharibə nizamlanmayan təşkilatlar və ya nizamsız hərbi qüvvələr əvəzinə nizamlı hərbi qüvvələr tərəfindən aparılır.

Termin, əsasən, Soyuq Müharibə dövründə İsveç hərbçiləri ilə əlaqələndirilir. İsveçin rəsmi doktrinasında artıq azad müharibə olmasa da, bu mövzuda bəhs edən və məşğul olan hərbi təlimatlar hələ də var.

Soyuq Müharibə dövründə azad müharibə aparmaq müəyyən dərəcədə İsveçdəki hərbi təlim kurikulumunun bir hissəsi idi, burada məqsəd İsveçin düşmən işğalı vəziyyətində hər çağırışçı əsgərə azad müharibə aparmaq imkanını vermək idi.

Taktika

Azad müharibələrdə döyüşlər əvvəlcə cəbhə xəttinin arxasında daha çox düşmən döyüşçüsünün qarşısını almaq üçün düşmən əməliyyatlarını dayandırmaq məqsədi ilə aparılmalı idi. Basqın və pusqu kimi partizan taktikalarından istifadə olunurdu.

İsveç doktrinasında arxa cəbhədə bu “Jägarförband” (İsveç komando birliklərinə bənzər piyada qoşunları) adlanan bölmələr tərəfindən aparılan müharibə idi, azad müharibələrdən fərqli olaraq bu bölmələr tərəfindən aparılan əməliyyatlar plansız həyata keçirilirdi.

Müasir İsveç hərbi doktrinasında azad müharibələr

Müasir İsveç strateji və ya əməliyyat doktrina sənədlərində azad müharibədən bəhs edilməsə də, bu mövzu ilə əlaqəli kitablar var, məsələn “Arméreglemente Taktik” (Ordu Tənzimləmə Taktikası) və “Handbok Markstrid” (Quru müharibəsinin əl kitabçası.

“Arméreglemente Taktik” sənədində azad müharibə mövzusundan aşağıdakı kimi bəhs olunur:

“Daha yüksək səviyyəli komanda ilə əlaqədə olmayan və adi vəzifələrini icra edə bilməyən bölmələr azad müharibə aparırdı. Düşmənin dərinliyində əvvəlcədən başladılan döyüş davam edir. Düşmənin üstünlük təşkil etdiyi bir ərazidə geridə qalan bütün bölmələr əməliyyatları pozur. Müharibə daha kiçik hissələrdə, əksər hallarda heyətlərdə və qruplarda aparılır. Dinc əhalinin dolanışığı nəzərə alınmaqla cəmiyyətin resurslarından istifadə olunur. Resurslar, mümkünsə, düşməndən alınır. Bu, döyüş itkilərini minimuma endirən bir formada aparılır. Hədəfləri seçərkən mülki əhali riski nəzərə alınmalıdır. Aşkar olunma riski və gizlənəcək yerlərin olması döyüşün aparılmasında əhəmiyyətli ola bilər. Böyük şəhərlər, şəhər yerləri və dağlıq ərazilər azad müharibə üçün xüsusilə uyğundur. Açıq ərazidə ambisiyalarımız məhdud olmalıdır. Uzunmüddətli dözümlülük və yaşamaq prioritet məsələdir.

Döyüş elə bir şəkildə aparılır ki, rəqib təəccüblənir və daima özünü təhdid altında hiss etməyə məcbur olur. Döyüş texnikası müxtəlifdir. Qeyri-ənənəvi metodlardan istifadə olunur. Döyüşün intensivliyi boşluq, zaman və hədəf seçimlərinə qədər koordinasiya yolu ilə dəyişir”.

Önəmli hədəflər aşağıdakılar ola bilər:

- rəqiblərin rəhbərləri və xidmətçiləri, silah sistemləri, rabitə və logistikası.

Burada məqsəd orijinal birliklə əlaqəni bərpa etmək olmalıdır. Bunu əldə edə bilməyən bölmələr, əməliyyatlara daxil olmaq və ya davam edən azad müharibənin koordinasiyası üçün üçün digər dost bölmələrlə əlaqə yaratmağa çalışmalıdırlar. Azad müharibə dövründə bütün səviyyələrdə olan qurumların beynəlxalq hüquqa əməl olunmasını təmin etməsi xüsusilə vacibdir.

İkinci kitabda da hərbi qanunların və beynəlxalq hüququn azad müharibə zamanı vacib olduğu bildirilir.

Dəyanət Ağalarlı  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azad-Müharibə  

Azad müharibə nədir və necə aparılır?

2020/10/5555-1602330625.jpg
Oxunub: 4128     14:10     12 Oktyabr 2020    