Azərbaycan və İtaliyanın XİN başçıları cəbhədəki vəziyyəti müzakirə edib

2020/10/239e0-1601573307.jpg
Oxunub: 705     21:03     01 Oktyabr 2020    
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, nazir Luici Di Maio bölgədə mövcud olan son dərəcə gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib. O, gərginliyin azaldılmasının və sülhün təmin olunmasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi yeni təcavüz aktı, buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirləri barədə qarşı tərəfə məlumat verib. Ermənistanın ənənəvi olaraq beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğu, Azərbaycanlı mülki əhali və infrastrukturu atəşə tutduğu və mülki insanlar arasında itkilərin olduğu İtaliya Xarici İşlər nazirinin diqqətinə çatdırılıb. Bölgədə gərginliyin əsasında Ermənistanın davam edən təcavüz siyasətinin olduğu vurğulanıb. Davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməsinin zəruriliyi qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İtaliya   Azərbaycan  

Azərbaycan və İtaliyanın XİN başçıları cəbhədəki vəziyyəti müzakirə edib

2020/10/239e0-1601573307.jpg
Oxunub: 706     21:03     01 Oktyabr 2020    