Çavuşoğlu və Lavrov Qarabağı müzakirə ediblər

2020/10/14941-1601569053.jpg
Oxunub: 1196     20:08     01 Oktyabr 2020    
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, nazirlər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Məlumata görə, S.Lavrov və M.Çavuşoğlu başqa bölgələrdən olan yaraqlıların Dağlıq Qarabağdakı münaqişəyə müdaxilə etməsinin yolverilməz olduğunu vurğulayıblar.

Qeyd olunub ki, Rusiyanın XİN başçısı həmkarı ilə danışıq zamanı ATƏT-in Minsk qrupu sədrlərinin Dağlıq Qarabağla bağlı səylərinə diqqət çəkib. Nazirlər Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün fəaliyyətləri koordinasiya etməyə hazır olduqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Türkiyə  

Çavuşoğlu və Lavrov Qarabağı müzakirə ediblər

2020/10/14941-1601569053.jpg
Oxunub: 1197     20:08     01 Oktyabr 2020    