Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində növbəti brifinq keçirilib - VİDEO

2020/07/1593581136.jpg
Oxunub: 794     19:59     01 Oktyabr 2020    
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən oktyabrın 1-də Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün Azərbaycanı qabaqlayıcı tədbirlər görməyə vadar edən hadisələr haqqında brifinq verilmişdir.

MN-dən Ordu.az-a verilən məlumata görə, əlavə olaraq, işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların gedişatı, düşmən qüvvələrinə vurulmuş ziyan və digər məsələlər haqqında da qonaqlar məlumatlandırılmışdır.

Brifinqdə həmçinin mülki əhali və infrastruktura qarşı yönəlmiş təxribat fəaliyyətləri diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, Ermənistan tərəfi beynəlxalq humanitar qanunlara və prinsiplərə məhəl qoymayaraq, məqsədli şəkildə qoşunların qarşıdurma xəttindən xeyli uzaqda olan mülki yaşayış məntəqələrini hədəfə alaraq artilleriya atəşinə tutur.

Əlavə olaraq, sosial media vasitəsilə ermənilərin yaydıqları saxta xəbərlər və həqiqətləri əks etdirməyən məlumatlar barəsində də məlumat verilmişdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MN   Beynəlxalqəməkdaşlıq  

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində növbəti brifinq keçirilib - VİDEO

2020/07/1593581136.jpg
Oxunub: 795     19:59     01 Oktyabr 2020    