Mərakeş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

2020/10/16015-1601561480.jpg
Oxunub: 1246     18:01     01 Oktyabr 2020    
Mərakeşin Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinə nota ünvanlayıb.

Ordu.az xəbər verir ki, 28 sentyabr 2020-ci il tarixli notada Dağlıq Qarabağ regionundakı hərbi insidentlərin Mərakeş Krallığı tərəfindən narahatlıqla izləndiyi və günahsız mülki vətəndaşların ölümündən təəssüf hissinin keçirildiyi bildirilir.

Mərakeş tərəfləri təmkinli olmağa, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll etməyə çağırır: “Mərakeş Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, istənilən separatçılıq və ya silahlı üsyan addımlarını qınayır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mərakeş   Azərbaycan  

Mərakeş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

2020/10/16015-1601561480.jpg
Oxunub: 1247     18:01     01 Oktyabr 2020    