Tomas de Vaal Qarabağ münaqişəsinin həll işində fövqəldövlətlərin rolunu təqdim edib

2018/03/295156_1521115695.jpg
Oxunub: 798     15:15     01 Oktyabr 2020    
Karnegi fondunun baş elmi işçisi, Qafqaz məsələləri üzrə ekspert və jurnalist Tomas de Vaal yeni bir geniş məqalə ilə Qarabağda baş verən müharibəyə toxunub.

Ordu.az xəbər verir ki, o, ABŞ-ın, Avropanın, Rusiyanın, region ölkələrinin münaqişənin həll işində rolunu ayırıb.

“Avropalılar və amerikalılar bu münaqişə ilə bağlı nə qədər istəyirlər narahatlıq bildirə bilərlər, ancaq son olaraq bunun həlli ilə ciddi məşğul olmaqdan başqa alternativləri qalmır. Yeri gəlmişkən, başqa məsələlər ətrafındakı bütün fikir ayrılıqlarından asılı olmayaraq, bunu Rusiya ilə birlikdə etməlidirlər”, - deyə britaniyalı mütəxəssis yazır.

O vurğulayıb ki, Dağlıq Qarabağda amasız döyüşlər atəşkəs razılaşmasının imzalanmasından 26 il sonra yenidən başlayıb.

“Qeyd etmək lazımdır ki, söhbət postsovet məkanında ən uzun sürən etno-ərazi münaqişəsindən gedir. Vəziyyət iki yeni hal ilə pisləşir. Biricisi odur ki, ənənəvi olaraq vəziyyəti gərginləşdirməməyə və atəşkəsə çağıran ölkələrin əksəriyyətindən fərqli olaraq, bu dəfə bölgədəki nüfuzlu güc olan Türkiyə açıq şəkildə münaqişə tərəflərindən biri olan Azərbaycanı dəstəkləyir. İkinci yeni hal odur ki, Birləşmiş Ştatlar münaqişədən kənara çəkilib”, - deyə Tomas de Vaal qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Münaqişə  

Tomas de Vaal Qarabağ münaqişəsinin həll işində fövqəldövlətlərin rolunu təqdim edib

2018/03/295156_1521115695.jpg
Oxunub: 799     15:15     01 Oktyabr 2020    