Paşinyan ali baş komandan deyil, çünki faktiki olaraq müharibə elan olunmayıb

2020/09/photo-1600858146.jpg
Oxunub: 15682     14:35     01 Oktyabr 2020    
Ermənistan konstitusiyasına əsasən, baş nazir Nikol Paşinyan bu gün, bu müharibə günlərində ölkənin ali baş komandanı deyil. Məsələ burasındadır ki, əsas qanuna əsasən, erməni baş nazir yalnız faktiki elan olunmuş müharibə zamanı ali baş komandan olur.

Ermənistan konstitusiyası müharibə və sülhün təsdiq olunmasını 118-ci maddə ilə müəyyənləşdirir. Belə ki, Ermənistan parlamenti hökumətin təklifi, deputatların ümumi sayının səs çoxluğu ilə müharibə elan etmək və ya sülh təsdiq etmək haqqında qərar qəbul edə bilər, parlamentin iclasının çağrılması mümkün olmayanda müharibə elan etmək məsələsini hökumət həll edir.

Nə Ermənistan parlamentinin, nə də hökumətin bənzər qərar qəbul etmədiyi faktdır, şifahi bəyanatlar Paşinyanın Ermənistanın ali baş komandanı olması üçün əsas ola bilməz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan  

Paşinyan ali baş komandan deyil, çünki faktiki olaraq müharibə elan olunmayıb

2020/09/photo-1600858146.jpg
Oxunub: 15683     14:35     01 Oktyabr 2020    