“Erməni milləti vətən və torpaq məsələsində daim birdir” ideyası artıq aktual deyil

2020/04/image-1587208683.jpg
Oxunub: 2494     15:01     01 Oktyabr 2020    
Ermənistan Respublikasının münaqişənin ilk günlərindən məruz qaldığı uğursuzluqlar ölkənin siyasi səhnəsində çaxnaşmalara səbəb olub. Bütün dünyaya “erməni milləti vətən və torpaq məsələsində daim birdir” şüarı tirajlayan Ermənistan hazırda siyasi bölünmənin astanasındadır.

Ermənistan keçmiş Baş naziri Ovik Abrahamyan, onun keçmiş müavini Armen Gevorqyan, sabiq polis rəisi Vladimir Qasparyan, SQ-nin keçmiş BQ rəisi və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş Müdafiə naziri Seyran Ohanyan, keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru və “Vətən” partiyasının lideri Artur Vanetsyan, Ermənistanın keçmiş prezidenti Robert Koçəryan kiçik oğlu ilə işğal altında olan Qarabağa gəliblər. Onlar burada hazırda fəaliyyətdə olan qondarma qurum rəhbərliyi ilə görüşməyiblər.

Ermənistana gələn siyasi liderlər Qarabağda Paşinyan komandasına müxalif olan şəxslərlə - qondarma qurumun keçmiş “rəhbər”ləri Bako Saakyan və Arkadi Qukasyanla, “təhlükəsizlik şurasının sabiq sədri” Arşavir Qaramanyanla, qanunsuz “hərbi biləşməsi”nin sabiq komandanı Leon Mnatsakanyan, “təhlükəsizlik şurasının xabiq katibi” Vitali Balasanyanla görüşüblər.

Görüşdə mövcud gərgin vəziyyətlə bərabər həm gələcək fəaliyyətlərini, həm də Paşinyanın taleyini proqnozlaşdırmağa cəhd ediblər. Belə bir tərkibdə yaradılan ittifaqın, 90-cı illərdə işğal yolu ilə əldə etdikləri ərazilərin Azərbaycan tərəfindən azad edilməsinə adekvat cavab verməyən Paşinyan hakimiyyətinə qarşı hücuma keçəcəyi gözlənilirdi.

Keçmiş komandirlərin və dövlət xadimlərinin birləşdiyi “Koçəryan İttifaqı” özünü indiki vəziyyətdə sıravi ermənilərə daha faydalı ola biləcəklərinə inandırmağa çalışır və təbii ki, bu fəaliyyətlərin nəticəsində gələcək perspektivdə Paşinyanı devirməyə çalışacaq. Nəticə etibarı ilə “erməni milləti vətən və torpaq məsələsində daim birdir” ideyası artıq aktual deyil.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

“Erməni milləti vətən və torpaq məsələsində daim birdir” ideyası artıq aktual deyil

2020/04/image-1587208683.jpg
Oxunub: 2495     15:01     01 Oktyabr 2020    