Yenə də qocaman OTRK, yenə də açılmayan raket, yenə də eyni fiasko – HƏRBİ EKSPERT

2020/09/11111-1601474702.jpg
Oxunub: 20132     18:00     30 Sentyabr 2020    
Azərbaycan Ordusunun davam edən uğurlu zərbələri qarşısında aciz qalaraq ərazi itkiləri ilə qarşılaşan Ermənistan Silahlı Qüvvələri əllərində olan "Toçka-U" operativ taktiki raket kompleksindən istifadə edib. Bu gün yayılan məlumatlara görə ermənilərin buraxdığı 3 ədəd raketin heç biri nəinki hədəfə tuş gəlməyib, hətta heç açılmayıb da… Lakin burada təəccüblü heç nə yoxdur.

Hazırda Ermənistan arsenalında 4 ədəd "Toçka-U" tipli OTRK-lar mövcuddur. SSRİ-nin KBM müəssisəsində 1968-ci ildən inkişaf etdirilən kompleksin sınaqları 1971-1974-cü illərdə keçirilib. Digər OTRK-lar ilə eyni təyinata malik kompleks 1975-ci ildə SSRİ-nin silahlanmasına qəbul edilib. Kompleksin raketləri isə Votkinsk Maşınqayırma Zavodu və "Barrikada" İstehsalat Birliyi tərəfindən hazırlanıb. Diviziyanın taktiki raket kompleksi kimi inkişaf etdirilən "Toçka" OTRK 1980-ci illərin sonlarından bəri ordu birləşmələrinə çatdırılmağa başladı. 1975-ci ildə Sovet Ordusu tərəfindən rəsmi olaraq silahlanmaya qəbul edilən kompleksin raketlərinin kütləvi istehsalına 1973-cü ildə başlanıb.

Atıcı qurğular üçün VAZ-5921 markalı xüsusi şassi və VAZ-5922 nəqliyyat doldurma maşınlarının istehsalı Bryansk Ağır Maşınqayırma Zavodunda, atıcı qurğuların montajı isə "Barrikada" İstehsalat Birliyində həyata keçirildi. Raket kompleksinin komponentlərinin istehsal prosesində Sovet İttifaqının bir cox müəssisələri iştirak etdi.

Kompleksin inkişafı və istismarı illərində geniş çeşiddə döyüş avadanlıqları yaradılıb. Raketlər 9N39, 9N64, AA-92, 9N123F, 9N123K, 9N123F-R (9N123F-P2, 9N123F-P3),9N123Q2-1 və s. döyüş başlıqları ilə təchiz edilə bilər. Ermənistanın silahlanmasında mövcud olan 9M79F (9M79-1F) raketlərinin 9N123F qəlpəli fuqas başlıqlarla təchiz edildiyi ehtimal edilir.

9P129 atıcı qurğusu üç oxlu və üzən VAZ-592 avtomobil şassisi üzərində quraşdırılıb. Ön və arxa cüt təkərlər idarəetmə qabiliyyətlidir, bu da nisbətən kiçik (7 metrlik) dönmə radiusunu təmin edir. Atıcı qurğunun tərkibi onun müstəqil istifadəsini təmin edir. Təşkilati olaraq kompleks 2-3 diviziondan ibarət briqadanın bir hissəsi kimi təmsil olunur. Hər bir raket divizionunda 2-3 batareya, hər batareyada isə 2-3 atıcı qurğu ola bilər.

Ermənistan ordusunun silahlanmasında 4 ədəd 9K79-1 "Toçka-U" OTRK-nın olduğunu nəzərə alsaq, deməli düşmən ordusunda hər birində 2 ədəd atıcı qurğu olmaqla, 2 batareyadan ibarət 1 raket divizionunun mövcud olduğu ehtimal edilə bilər. Maye yanacaqla çalışan mühərriklərə malik raketlər 3 km-ə qədər hədəfdən yayınma, zəif atəş tempi ilə bərabər çox sayda digər kaprizlərə də malikdir.

60 il əvvəl hazırlanan 9K72 kompleksi artıq istismara yararlı olmadığı üçün bir çox ölkələr tərəfindən silahlanmadan çıxarılıb. İri həcmli kompleksin raketi maye yanacaq ilə çalışır, bu isə bir neçə yanacaq doldurma, idarəetmə, sınaq, xidmət və s. üçün avadanlıqlar tələb edir. OTRK-lar bəlli bir istiqamətdə döyüş balansını tam tərsinə dəyişə bilən bir silah kimi təqdim edilsə də, bu komplekslər nə keçmiş SSRİ ərazisində, nə yaxın Şərqdə, nə Mərəzi Asiyada, nə də bizim Vətən Müharibəsində tətbiqi zamanı öz təyinatını təsdiq edə bilməyib.

İstehsalçı OTRK atəşi nəticəsində beş metr dərinlikdə və təxminən yüz metr diametrdə bir krater meydana gəldiyini iddia etsə də, reallıqda bunlar müşahidə olunmur. Ən azından Gürcüstan ərazisinə düşən raketlər bundan qat-qat zəif təəssürat bağışladı. İndi isə Azərbaycan ərazisinə atılan OTRK raketi yalnız 700 mm diametrində krater əmələ gətirə bilib. Partlayış baş verməyib.

Döyüş başlığının kütləsi 482 kq, TQ-20 partlayıcı maddəsinin kütləsi 162.5 kq, qəlpələrin sayı 14.5 min, məhvetmə sahəsi 2-3 hektardır. Hədəfə yaxınlaşarkən raket döyüş başlığının partlayış enerjisindən ən səmərəli istifadəni və sursatın hədəflə 90 °-ə yaxın görüşmə bucağını təmin etmək üçün manevr edir. 9N123F döyüş başlığının maksimum məhvetmə sahəsini əldə etmək üçün raket yer səthindən 20 metr yüksəklikdə partladılır. Lakin bu raketlərin kifayət qədər yaşlı (1975) olması, onların istifadə səmərələliliyini minimuma, bəzən isə sıfıra yaxın edir.

Hədəflərdən böyük yayınma radiusuna malik olması isə adətən hədəfdən daha çox bəzən kilometlərlə kənarda yerləşən obyektlərə tuş gəlməsi ilə yadda qalıb. Müasir HHM sistemlərinə qarşı həssaslığı və atəşin qeyri-dəqiqliyi isə nəinki bu komplekslərdən, hətta onların yeni modellərinin istifadəsinin məqsədəuyğun olmadığını göstərir.

Bu dəfə də fərqli mənzərə ilə qarşılaşmadıq. Yenə də qocaman rus OTRK-sı, yenə də açılmayan raket, yenə də eyni fiasko. Görünür erməni hərbi komandanlığı bu komplekslərin qeyri-dəqiqliyini və səmərəsiz olduğunu hələ də anlaya bilməyib. Onlara 30 il əvvəl Əfqanıstanda bu raketlərin tətbiqi və ya Rusiyanın Gürcüstandakı komik OTRK təcrübəsi ilə yaxından tanış olmağı təklif edirəm.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Toçka-U   Ermənistan   Qarabağ   Fiasko  

Yenə də qocaman OTRK, yenə də açılmayan raket, yenə də eyni fiasko – HƏRBİ EKSPERT

2020/09/11111-1601474702.jpg
Oxunub: 20133     18:00     30 Sentyabr 2020    