Kim qalib gələ bilər?| Qarabağda LORA, "Polonez" və "İsgəndər" qarşıdurması – HƏRBİ EKSPERT

2020/09/12046-1601393085.jpg
Oxunub: 32564     19:24     29 Sentyabr 2020    
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi əməliyyatların başlanmasından bir neçə saat sonra Fizuli və Cəbrayıl istiqamətində 7 kəndin, Murovdağ istiqamətində isə iki yüksəkliyin azad edilməsi, bu istiqamətdə erməni bölmələrinin mühasirəyə alınması, hərbi hissələrin qərargahları, komanda müşahidə məntəqələrinin darmadağın edilməsi, çox sayda texnika və şəxsi heyətin itirilməsi, həm də bu faktların videogürüntülərlə təsdiqlənməsi artıq Ermənistan və Qarabağın özündə belə xəyal qırıqlığına səbəb olub.

Əvvəlki illərdə olduğu kimi, Ermənistan rəhbərliyi hərbi sferada çətinliklərlə rastlaşdığı və ya çıxılmaz vəziyyətə düşdükdə müraciət edə biləcəyi bir ünvan tanıyır: bu da Rusiyanın onlara verdiyi “İskəndər” operativ taktiki raket kompleksləridir. Bu komplekslər barədə Ordu.az redaksiyası daha əvvəllər məlumat verib, lakin mövzunun aktuallığını nəzərə alıb bir daha bu mövzuya müraciət etmək qərarına gəldik.

Ermənistana verilən “İskəndər-E” kompleksinin aid raketin uzunluğu 7.2 m, diametri 920 mm, döyüş başlığı isə 480 kq kütləyə malikdir. İstehsalçı kompleksin 20 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirildiyini iddia edir. Lakin Rusiya Ordusunda kompleksdən istifadə edən heyətlər bu normativi 30 dəqiqədən tez yerinə yetirməyin mümkün olmadığını bildirirlər.

Minimal atəş məsafəsi 50 km, maksimum atəş məsafəsi isə 280 km-dir. İstismar müddəti 10 ildir, səhra şəraitində isə raket 3 ildən sonra effektivliyini itirir. İrəvan bu raketlərlə Azərbaycan ilə raket silahları sahəsində balans yarada bildiyini sübut etməyə çalışsa da, bu həqiqətə uyğun gəlmir. Niyəsinə cavab verməyə çalışaq.

Birincisi “İsgəndər-E” Rusiya operativ-taktiki kompleksinin ən sadə versiyasıdır. 2015-ci ildə gərginləşən Türkiyə-Rusiya münasibətlərinin nəticəsi olaraq bu komplekslərin Ermənistana verilməsi qərara alındı. Onlardan istifadə etmək hüququnun Ermənistana aid olmasına dair Rusiyanın rəsmi mövqeyinə rast gəlinməyib.

İkincisi, tutaq ki, bu komplekslər Ermənistanın tam istifadəsindədir. “İsgəndər” kompleksinin atıcı qurğusu sadəcə iki mərmi ilə tək-tək atəş açmaq üçün nəzərdə tutulub. İkinci və sonuncu raket ən tezi bir dəqiqədən sonra buraxıla bilər.
Azərbaycanın silahlanmasında olan “Polonez” isə bunu bir dəqiqədən də az, 50 saniyə ərzində 8 raketi 8 müxtəlif hədəfə buraxa bilir! LORA isə 4 raketi 14 dəqiqəyə 4 müxtəlif hədəfə zərbə endirə bilir.

Üçüncüsü, bir dəqiqə intervalla tək-tək buraxılan iki raketi aşkarlamaq, ələ keçirmək və məhv etmək ehtimalı, “Dəmir Qübbə”ni və “Barak-8”i nəzərə almasaq belə, eyni tipli RƏM və ya HHM sistemləri üçün 8 raketə qarşı eyni fəaliyyətləri həyata keçirməkdən ən azı 4 dəfə daha yüksəkdir.

Dördüncüsü, komplekslərin döyüş vəziyyətinə gətirilməsi üçün “İsgəndər”ə 30, “Polonez”ə isə 8 dəqiqə tələb olunur. Bu isə o deməkdir ki, kompleksin döyüşə hazırlaşaraq ilk raketi buraxması üçün əmr aldıqda, “İsgəndər” minimum 32 dəqiqə sonra iki raket buraxa bilər. “Polonez” isə 9 dəqiqədən də az müddətdə 8 raketi 8 müxtəlif hədəfə buraxa bilir, yəni “İskəndər” hələ döyüş vəziyyətinə gətirilmə prosesində “Polonez” raketlərinin zərbəsindən qorunmaq üçün tədbirlər görməlidir. 12 dəqiqə isə OTR qarşıdurmasında çox böyük zamandır.

Beşincisi, “İsgəndər-E” modelləri kasset tipli döyüş başlığı və özütuşlanan elementlərə sahib olmadığı halda, LORA bu xüsusiyyətlərin hər ikisinə, “Polonez” isə ən üstün tuşlama sisteminə sahibdir.

Altıncısı, “İskəndər-E” modelində döyüş başlığının manevr imkanları məhdudur. Bunu istehsalçı bəyan edir. Bu isə ona qarşı tətbiq edilə biləcək RƏM sistemlərinin siyahısının genişlənməsinə səbəb olur.
eddincisi, “İskəndər” cəmi 3 il, LORA 7 il, "Polonez" isə 10 il səhra şəraitində saxlama müddətinə malikdir. Əgər Ermənistana verilən raketlərin hamısının konveyerdən birbaşa İrəvana göndərildiyini ehtimal etsək, onlar keçən il dəyişdirilməli idi.

Bu göstərici belə bir kompleksin raketləri üçün ciddi çatışmazlıqlardan biri hesab edilir. Bunu kim və ya hansı vəsaitlə edəcəyi də maraq doğurur.

Həm “İsgəndər”də, həm də “Polonez”də Belarus istehsalı olan MZKT-7930 şassisindən istifadə edildiyi üçün onların imkanlarını müqayisə etməyə dəyməz.

Rusiya və Ermənistanın bir çox kütləvi informasiya vasitələrində rusiyalı silah mütəxəssisləri “Polonez”in imkanlarının “İskəndər” OTRK ilə müqayisə olunmasına adətən qısqanclıqla yanaşırlar. Bu da təbiidir, müttəfiq olsalar belə, Rusiya ətrafında Belarus kimi real rəqabət apara biləcək silah və istehsalçı görmək istəmir, Ermənistan isə əlində olan yeganə çəkindirmə silahının zəif olmasını qəbul etmir.

Ermənistanda “Polonez” YARS-ını “Smerç” və “Toçka-U” ilə müqayisə etməklə, sanki onun keçmişə aid bir silah sistemi olmasına diqqət yönəltmək istəyirlər. Lakin texniki xarakteristikaları çox fərqli olan bu silahları eyni tərəziyə qoymaq olmaz. 120 km ilə 300 km-ə nöqtə zərbəsi endirən 560 kq TNT-lik kompleksi eyni tərəziyə qoymaq bəs deyilmiş kimi, birincinin daha üstün olmasını sübut etməyə cəhd etmək həyasızlıqdan başqa bir şey deyil.

“Polonez” YARS ilə "İskəndər" OTRK-nin imkanlarını müqayisə etdikdə Belarus raketi yalnız döyüş başlığının çəkisində rəqibindən geri qalır. Lakin bu geriliyi 4 dəfə üçün raket sayı kompensasiya edir.

Silahlanmamızda olan LORA-ya gəldikdə isə onun fuqas tipli döyüş başlığının kütləsi 400 kq, kumulyativ döyüş başlığının çəkisi isə 600 kq-dır, yəni “İsgəndər-E” ilə müqayisədə 20 faiz daha güclüdür. GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi sayəsində raketlərin bütün uçuş trayektoriyası üzrə hərəkətinə nəzarət edilməsi, tələbat yarandıqda trayektoriyaya düzəlişlər edilməsi Ermənistan Ordusunda olan HHM vasitələrinin LORA-ya qarşı mübarizə imkanlarını məhdudlaşdırır. Yüksək dəqiqlik raketi “Navstar” kosmik radionaviqasiya sisteminin tətbiqi nəticəsində əldə olunur. Yuxarıda qeyd etdiyimiz kimi, “Israel Aircraft Industries” şirkəti tərəfindən hazırlanan idarəetmə bloku, REM vasitələrinin maneə yarada bilmədiyi GPS, TCS və datalink vasitəsilə fəaliyyət göstərir. 10 metrə qədər hədəfdən yayınma ehtimalı LORA raketlərini sinfinin ən dəqiq raketlərindən birinə çevirib. LORA-nın 45 km yüksəklikdə uçması və aşağı radar görünmə əmsalına malik olması Ermənistanın bu raketlə mübarizə imkanlarını sıfra endirir. Atəşə hazırlıq üçün LORA-ya “İsgəndər” kompleksindən 7 dəqiqə daha az vaxt tələb olunur. Bu zaman ərzində LORA 210 km məsafə qət edə bilir.

Eyni zərbədə LORA atıcı nəqliyyat konteynerində yerləşən 4 ədəd raketin hər biri müxtəlif hədəflərə yönəldilə bilər. Fərqli bazalardan həm qurudan, həm də dənizdən buraxıla bilən LORA raketlərinin də Ermənistan üçün müəyyən problemlər yaradacağı şübhəsizdir. 2 ədəd “İsgəndər”ə qarşı müxtəlif platformalardan buraxıla bilən 4 ədəd LORA döyüş başlığının kütləsinə və zərbə gücünə görə ikiqat deyil, üçqat üstün fərq yaradır.

Bəzi erməni mənbələrinin Azərbaycanın sahib olduğu Dəmir Qübbə” kompleksinin “İsgəndər” raketlərinə qarşı effektiv olmadığı barədə səsləndirilən sözlər, maraqlı tərəflərin daxili auditoriyaya hesablanaraq səsləndirdiyi fikirlərdir. HHM və RƏM vasitələrinin imkanlarını da müqayisə etməkdə fayda var, lakin bunu gələn dəfə edəcəyik ki, oxucuları çox yormayaq. Təkcə onu demək kifayətdir ki, bu gün dünyada ən müasir və effektiv raket əleyhinə müdafiə sistemləri Azərbaycanın böyük hərbi texniki tərəfdaşı olan İsraildə istehsal edilir. Digər tərəfdən İsrailin istehsal etdiyi sistemlər yalnız sınaq və təlimlərdə deyil, eyni zamanda davamlı olaraq real döyüşlərdə öz imkanlarını təsdiqləyir. Onları sadalamağa ehtiyac duyulmur.

1999-2000-ci illər ərzində Ermənistanın Müdafiə naziri olan general-leytenant Vağarşak Harutyunyan bir neçə dəfə “İskəndər” kompleksləri ilə Azərbaycana dağıdıcı zərbələr vura biləcəyini və Azərbaycanın Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərində yerləşən iqtisadi potensialını məhv edəcəyi ilə bağlı absurd açıqlamaları ilə yadda qaldı.

Maraqlısı budur ki, Paşinyan özü kimi populist olan Vağarşakı bu açıqlamalardan sonra özünə müşavir təyin edir. Həmçinin “Yerkrapah” hərbi təşkilatının sədr müavini olan Harutyunyan Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və işğal altında olan Qarabağ ərazisindəki qanunsuz “hərbi birləşmə” ilə qarşılıqlı əməkdaşlığı tənzimləyir.

Ermənistan hərbi rəhbərliyi yenə də son döyüşlərdə məruz qaldığı məğlubiyyətlər fonunda daha uzaqmənzilli komplekslərdən istifadə ediləcəyini gündəmə gətirirlər. Bu isə işğalçı ordunun daha böyük ərazilərdən geri çəkilməsi ehtimalının yüksək olduğunu təsdiqləyir. Başqa sözlə Ermənistan Azərbaycan Ordusunun hücum templərinin qarşısında geri çəkilməyə məruz qaldıqda “İskəndər” OTRK-dan istifadə edə biləcəyi ilə daxili audiotoriyaya təsəlli verir.

Lakin bu komplekslərin Azərbaycan arsenalında mövcud olan YARS və OTRK-lardan daha zəif olmasını əsaslandıran 7 faktoru nəzərə almayan Ermənistan rəhbərliyi heç olmasa “İskəndər” komplekslərinin Rusiya-Gürcüstan müharibəsindəki, Tacikistan və ya Qazaxstandakı uğursuz tətbiqinə diqqət yetirsin. Ümumiyyətlə bu komplekslər indiyə qədər heç bir münaqişənin taleyində nə çəkindirmə silahı, nə də həlledici faktor kimi rol oynamayıb.

Hərbi ekspert Ədalət Verdiyev

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   LORA  

Kim qalib gələ bilər?| Qarabağda LORA, "Polonez" və "İsgəndər" qarşıdurması – HƏRBİ EKSPERT

2020/09/12046-1601393085.jpg
Oxunub: 32565     19:24     29 Sentyabr 2020    