Ombudsman Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması növbəti etiraz bəyanatı

2020/09/ombud-1601317190.jpg
Oxunub: 1281     22:16     28 Sentyabr 2020    
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması və davam edən insan tələfatı ilə bağlı növbəti etiraz bəyanatı yayıb.

Ordu.az-ın məlumatına görə, bəyanatda deyilir:

"Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığı kimi, 2020-ci il 27 sentyabr tarixində saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, yaşayış məntəqələri və sosial obyektləri müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan intensiv şəkildə atəşə tutmaqda davam edir.

Təəssüf hissi ilə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya atəşinə tutması nəticəsində 28.09.2020-ci il tarixdə, saat 11 radələrində Tərtər şəhərinin mərkəzində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən bir nəfər həlak olmuş, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü və maşında olan hərbi polisin əməkdaşı, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini yaralanmışdır.

Eyni zamanda, bu gün Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından atəşə tutması Ağdam rayonu, Evoğlu kənd sakininin həlak olması ilə nəticələnmişdir. Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş vermişdir.

Ümumilikdə, mülki əhalidən Naftalan şəhəri, Ağdam və Tərtər rayonlarından ikisi uşaq, ikisi ahıl olmaqla, 9 nəfər həlak olmuş, Ağdam, Tərtər, Daşkəsən, Goranboy, Füzuli və Cəbrayıl rayonlarından olan 31 nəfər isə ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilmişdir və təcavüzkar Ermənistan tərəfindən Azərbayanın mülki əhalisinə qarşı qeyri-insani hərəkətlər hazırda da davam etdirildiyindən bu rəqəmlər hər an arta bilər.

Bir daha bildiririk ki, işğalçı Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən, insanlıq əleyhinə cinayət əməllərindən hələ də əl çəkmir.

Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir.
Təcili olaraq bütün dünya ictimaiyyətinə müraciət edərək, Ermənistan tərəfindən törədilən son dərəcədə qəddar, amansız və qeyri-insani hadisələrə laqeyd qalmamağa, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını tələb etməyə, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılmasını təşviq etməyə çağırırıq".

Bildirilir ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ATƏT   Azərbaycan  

Ombudsman Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması növbəti etiraz bəyanatı

2020/09/ombud-1601317190.jpg
Oxunub: 1282     22:16     28 Sentyabr 2020    