“Kipr XİN-nin bəyanatı qərəzlidir” - Leyla Abdullayeva

2019/08/34345-1566493592.jpg
Oxunub: 2287     21:42     28 Sentyabr 2020    
Kipr Respublikasının Xarici İşlər Nazirliyinin bu ilin 27 sentyabr tarixindən etibarən cəbhə bölgəsində yaşanan gərginliklə bağlı yaydığı bəyanat birtərəfli xarakter daşıyır və qərəzlidir.

Ordu.az-ın məlumatıan görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva cəbhə bölgəsində yaşanan gərginliklə bağlı Kipr XİN-in bəyanatına münasibət bildirərkən deyib.

"Kipr XİN-ə xatırladırıq ki, Azərbaycan Silahlı Qüvvələri öz beynəlxalq tanınmış ərazilərində mülki əhalisini müdafiə etmək üçün mübarizə aparır. Ermənistan silahlı qüvvələri isə 30 ilə yaxındır ki, Azərbaycanın ərazilərində qeyri-qanuni mövcudluğunu saxlayır.

Odur ki, Azərbaycana qarşı hər hansı əsassız ittihamlar irəli sürmədən öncə beynəlxalq sənədlər və onların tələbləri ilə tanış olmaq vacibdir", - deyə XİN rəsmisi qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   XİN  

“Kipr XİN-nin bəyanatı qərəzlidir” - Leyla Abdullayeva

2019/08/34345-1566493592.jpg
Oxunub: 2288     21:42     28 Sentyabr 2020    