Erməni təxribatı nəticəsində polis binasına ziyan dəyib - FOTOLAR

2020/09/din_c-4803932877.jpg
Oxunub: 1964     20:23     28 Sentyabr 2020    
Cəbhə bölgəsindən gələn məlumatlara görə, düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər şəhərinin mərkəzində yerləşən rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb. Bu zaman dağıntı və insan tələfatı olubmu?

Bu suala cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ordu.az-a bildirilib ki, hərbi qüvvələrimizlə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir. Bu gün saat 12 radələrində düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb. Zərbə o qədər güclü olub ki, mərminin qəlpələri inzibati binanın dəhlizlərinə qədər daxil olub. Xoşbəxtlikdən insan tələfatı, xəsarət alan olmasa da, binaya ciddi maddi ziyan dəyib.

Bu bir daha onu göstərir ki, döyüş meydanında ağır zərbələr alan düşmən cəbhədən xeyli aralıda olan yaşayış məntəqələrimizi, orada yaşayan mülki əhalini hədəf seçməkdə davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DİN   Azərbaycan  

Erməni təxribatı nəticəsində polis binasına ziyan dəyib - FOTOLAR

2020/09/din_c-4803932877.jpg
Oxunub: 1965     20:23     28 Sentyabr 2020    