Azərbaycan Ordusunun məhv etdiyi erməni polkovnik-leytenant kimdir? - DOSYE

2020/09/12036-1601304086.jpg
Oxunub: 8080     18:36     28 Sentyabr 2020    
2020-ci ilin sentyabrın 27-də başlanan hərbi əməliyyatların ilk saatlarında həm Füzuli və Cəbrayıl, həm də Ağdərə istiqamətdə itkilərə məruz qalan Ermənistan Ordusunun itkilərinin sayı durmadan artmaqda davam edir. Real düşmən hərbçilərinin itki sayı isə 550-dən artıqdır.

Məhv edilən erməni hərbi qulluqçuları arasında Ermənistan Ordusunun yüksək rütbəli zabitləri də yer alır. Onlardan biri də polkovnik-leytenant Lernik Aregi Vardanyandır.

1978-ci il təvəllüdlü Lernik Vardanyan Şuşada yerləşən Aram Manukyan adına məktəbdə təhsil alıb. Orta təhsilini Monte Melkonyan adına Hərbi Kollecdə başa vuran Lernik daha sonra Ermənistan Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbinə daxil olub və oranı leytenant rübəsi ilə bitirib.

1991-ci ildə Qarabağ döyüşlərində işğalçılardan ibarət dəstələrin birinə rəhbərlik edən Lernik onlarla mülki Azərbaycan vətəndaşının amansızlıqla qətlə yetirilməsində iştirak edib. Müsahibələrində azərbaycanlıların öldürülməsindən fəxrlə danışan erməni komandir haqqında sənədli filmlər çəkilib.

Lernik Ermənistan ordusunun işğal etdiyi ərazilərdə müxtəlif vəzifələrdə xidmət edib. Lernik xidmət etdiyi kollektivlərdə daim Azərbaycana qarşı bəslədiyi kin və nifrəti ilə seçilib. Ermənistan hərbi rəhbərliyinin təyin etdiyi antitürk standartlarına ən yüksək səviyyədə cavab verən Lernik qısa müddət ərzində desant həmlə bölmələrində xidmət etmək üçün seçilir. Ermənistan ordusunun yüksək döyüş hazırlığına malik “elit bölmələr” kateqoriyasına aid hərbi hissədə xidmət edən Lernik tabeliyində olan əsgərləri cəzalandırmaq üçün onları adətən “türk” deyə çağırır. Bu Lernikə xidməti pilləkəndə sürətlə irəliləməyə imkan yaradır və türk düşməninə qısa müddətdə əlahiddə desant həmlə taborunun komandiri vəzifəsinə yüksəlməyə imkan verir. 28 avqust 2013-cü il tarixində Tavuş vilayətinin Berd şəhərində tabeliyində olan əsgərlərlə birlikdə minaya düşərək ağır yaralanan Lernik müalicədən sonra yenidən qulluğunu davam etdirmək üçün Qarabağa qayıdır.

2016-cı ilin əvvəlindən polkovnik-leytenant rütbəsi daşıyan Lernik hərbi hissə komandiri kimi Aprel döyüşlərində iştirak edib. Bu döyüşlərdə Lernikin taborunda erməni könüllülərin müdafiə mövqelərinin möhkəmləndirilməsində iştirakı təsdiqlənib. İşğalçı ordunun nüfuzlu komandirlərindən biri hesab olunan Lernik Vardanyan Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirilən bir çox təxribat aktlarının təşkilatçısı olub.

2020-ci ildə sentyabrın 27-də başlayan döyüş əməliyyatları zamanı da Lernik Talış kəndi istiqamətində əvvəlki vəzifəsində, yəni desant həmlə taborunun komandiri olaraq xidmət edirdi. Lakin 27 sentyabr Lernik üçün Azərbaycan torpaqlarında onun aborigen əhalisinə qarşı savaşdığı son gün oldu. Polkovnik-leytenant Lernik Vardanyan əsgərlərimiz tərəfindən artıq məhv edilib. Onun komandiri olduğu taborun şəxsi heyəti arasında ağır itkilər müşahidə olunub. Bir çox mükafatlarla təltif edilən Lernikin Azərbaycan əsgəri tərəfindən məhv edilməsi işğalçı Ermənistan ordusunun, xüsusilə də onun müsahirədə qaldığı ehtimal edilən desant həmlə taborunun mənəvi psixoloji vəziyyətinə sarsıdıcı təsir göstərib. Azərbaycan torpaqlarına göz dikən hər bir düşmən hərbçisinin aqibəti isə heç də Lernikin acı taleyindən fərqlənməyəcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ermənistan-ordusu  

Azərbaycan Ordusunun məhv etdiyi erməni polkovnik-leytenant kimdir? - DOSYE

2020/09/12036-1601304086.jpg
Oxunub: 8081     18:36     28 Sentyabr 2020    