FHN cəbhə bölgəsindəki vəziyyətlə bağlı məlumat yayıb

2020/09/fhn_7-1601298295.jpg
Oxunub: 1350     17:03     28 Sentyabr 2020    
Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəticədə yanğınlar baş verir, dinc əhalinin əmlakına ciddi ziyan yetirilir.

Belə ki, bu gün də Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş verib. Dərhal hadisə yerlərinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınlar qısa müddətdə söndürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: FHN   Cəbhə  

FHN cəbhə bölgəsindəki vəziyyətlə bağlı məlumat yayıb

2020/09/fhn_7-1601298295.jpg
Oxunub: 1351     17:03     28 Sentyabr 2020    