Azərbaycan Ordusu düşmən fəaliyyətlərinin qarşısını almaq məqsədilə təsirli cavab tədbirlərinə davam edir

2020/07/1-1594800359.jpg
Oxunub: 1417     15:37     28 Sentyabr 2020    
“Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində başlayan əks-hücum əməliyyatları bir neçə istiqamətdə intensiv olaraq davam etməkdədir”.

Bunu Ordu.az-ın hərbi eksperti Ədalət Verdiyev deyib.

Hərbi ekspert qeyd edib ki, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli , Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Naftalan rayonunun Qaşaltı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananların sayı artır.

“Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndində yaşayan Qurbanovlar ailəsinin 5 üzvünün hamısı həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 26 dinc sakinimiz yaralanıb. Yaralanan mülki əhali əsasən Tərtər, Daşkəsən, Füzuli və Ağdam rayon sakinləridir.

28 Sentyabr 2020-ci il tarixində səhər saatlarından etibarən isə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri daha intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır. Mülki infrastruktur obyektlərinə də ciddi ziyan dəyib.

Əslində erməni tərəfinin bu müharibə cinayətləri ilə biz əvvəllər də qarşılaşmışıq. Həm 1992-1994-cü illərdə, həm 2016-cı ilin aprelində, həm də 2020-ci ilin iyulunda ermənilərin eyni fəaliyyətlərini müşahidə etmişik.

Ermənistan hərbi əməliyyatların bərpa olunması ilə paralel olaraq dərhal həm işğal etdiyi Azərbaycan, həm də Ermənistan ərazilərindən erməni silahlı qüvvələrinin cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalini, onların yaşadığı çoxsaylı yaşayış məntəqələrini, məktəbləri, xəstəxanaları, uşaq bağçalarını və digər sosial obyektləri ağır artilleriyadan, iriçaplı silahlardan intensiv atəşə məruz qoyması artıq bir ənənə halını alıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar, ahıllar həlak olur və ağır yaralanırlar. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulur. Maraqlısı odur ki, bu ənənə 30 ilə yaxındır ki, davam edir və heç bir beynəlxalq təşkilat tərəfindən qınanılmır.

İşğal olunan ərazilərimizdə 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Atəşkəs dövründə 40-a yaxın uşaq erməni snayperinin qurbanı olub. 2017-ci ildə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2016-cı il təvəllüdlü Zəhra Quliyeva qətlə yetirilib. Dünən qətlə yetilən Qurbanovlar ailəsinin azyaşlı üzləri də Ermənistan silahlı qüvvələrinin qətlə yetirdiyi uşağların siyahısına əlavə edildi”, - deyə o bildirib.

Ədalət Verdiyev qeyd edir ki, beynəlxalq ictimaiyyət Ermənistanın işğal siyasətinin ağır nəticələrinə görə təcavüzkar ölkə kimi məsuliyyət daşıması üçün Azərbaycanın haqlı tələblərini dəstəkləməlidir.

“Həm işğalçı ölkə, həm də BMT başda olmaqla bütün beynəlxalq qurumlar tam məsuliyyətilə anlamalıdır ki, azərbaycanlı mülki əhaliyə və infrastruktura qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Bu məsuliyyətin həyata keçiriləcəyi gün isə uzaqda deyil.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu fəaliyyətlərinin qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə təsirli cavab tədbirlərinə davam edir”, - deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu  

Azərbaycan Ordusu düşmən fəaliyyətlərinin qarşısını almaq məqsədilə təsirli cavab tədbirlərinə davam edir

2020/07/1-1594800359.jpg
Oxunub: 1418     15:37     28 Sentyabr 2020    