Hərbi ekspert: "Əsgərlərimizə Zod - Kəlbəcər yoluna nəzarət etməyə imkan yaranıb”

2020/07/1-1594800359.jpg
Oxunub: 2891     14:51     28 Sentyabr 2020    
“Sentyabrın 27-də başlanan hərbi əməliyyatların ilk saatlarında həm Fizuli və Cəbrayıl, həm də Ağdərə istiqamətdə itkilərə məruz qalan Ermənistan Ordusunun itkilərinin sayı artmaqdadır”.

Bunu Ordu.az-ın hərbi eksperti Ədalət Verdiyev deyib.

O qeyd edib ki, artıq 31 nəfər erməni əsgərinin döyüşlərdə öldürülməsini etiraf etmək məcburiyyətində qalıb.

“Dünən axşam azad edilən ərazilər ilə bağlı rəsmən təsdiqlənən məlumatları qəbul etməyən Ermənistan ordusu bu səhər itirdikləri ərazlərin guya bərpa edilməsini bəyan edir. Bununla kifayətlənməyən düşmən Azərbaycan Ordusunun bir çox qələbələrində müstəsna xidmətləri olan general Bərxudarovun əsir götürülməsi ilə bağlı saxta məlumatlarla Azərbaycan informasiya məkanında dezinformasiya yaymağa cəhd etdi. Lakin bu məlumatlar Mais Bərxudarovun verdiyi açıqlama və onun görüntülərinin dərc edilməsi ilə alt-üst edildi.

Ermənistan mediası rəsmi mənbələrə istinad edərək 550 nəfərə qədər olan ölü və yaralıların sayını 300 nəfərə qədər azaltmağa cəhd edir. Lakin Qarabağda yaralıların hərbi hospitallara yerləşdirilməsində yaranan problemlər, erməni tərəfini mülki əhalinin poliklinika və xəstəxanalara qəbul edilməsinin dayandırılmasına məcbur edib. Qan bankında çatışmazlıqlar da erməni tərəfindən etiraf edilir. Özünü “müstəqil” edən bir ölkənin 270 nəfər hərbi qulluqçunu hospitalda yerləşdirə bilməməsi absurddur. Yüksək dəqiqlikli silahların tətbiqi ilə aparılan müasir müharibədə bir motoatıcı taborun cəmi bir neçə saat hərbi əməliyyatlar üçün nəzərdə tutulduğunu nəzərə alsaq, o zaman Ermənistanın real stasionar müalicə imkanları məlum olar. Lakin əməliyyatlarının ilk günüdə yüzlərlə itkinin və bu itkilərin hospitallarda yerləşdirilməsində yaranan problemlərin etiraf edilməsi belə Ordumuzun yüksək döyüş imkanlarının qarşısında erməni ordusunun uzun müddət tab gətirmədiyini göstərir. Hər dəfə olduğu kimi, bu dəfə də erməni tərəfi itkilərini azaltmaqla Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm narahatlığı və ordularındakı yaranmış xaosu bir qədər azaltmağa çalışır”, - deyə ekspert vurğulayıb.

Ədalət Verdiyev bildirib ki, əməliyyatlarının ikinci gününün ilk yarısına qədər açıqlanan rəsmi məlumatlara və əldə edilən kəşfiyyat məlumatlarına əsasən Ermənistan ordusu döyüşlər nəticəsində ciddi ərazi və texnika itkilərinə məruz qalıb.

“Belə ki, düşmənin 24 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd Pilotsuz Uçuş Aparatı (PUA), 8 ədəd artilleriya qurğusu və 3 ədəd silah-sursat anbarı məhv edilib. Ölən və yaralı olan erməni hərbi qulluqçularının ümumi sayı 550 nəfərdən artıqdır. Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilir, Talış istiqamətində bir neçə yüksəklik ordumuz tərəfindən azad edilib, bu isə əsgərlərimizə Zod - Kəlbəcər yoluna nəzarət etməyə imkan yaradıb.

Bütün əks hücum istiqamətləri üzrə düşmənin sıxışdırılılması və əldə saxlamağa çalışdığı mövqelərdən geri çəkilməyə məcbur edilməsi davam etdirilir”, - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Kəlbəcər  

Hərbi ekspert: "Əsgərlərimizə Zod - Kəlbəcər yoluna nəzarət etməyə imkan yaranıb”

2020/07/1-1594800359.jpg
Oxunub: 2892     14:51     28 Sentyabr 2020    