Ordu.az-ın əldə etdiyi məlumata görə, Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.
Xatırladaq ki, bir müddət öncə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bir sıra kəndlərin işğaldan azad olunduğunu bildirib. O qeyd edib ki, Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Bundan əlavə Murovdağı silsiləsində yerləşən düşmən postları dağıdılaraq, yüksəkliklər geri alınıb.
Ordu.az