Paşinyan Aprel döyüşlərini araşdıran komissiyanın fəaliyyətini öz nəzarəti altında saxlayır

2020/08/23779-1597397450.jpg
Oxunub: 628     14:44     25 Sentyabr 2020    
Ermənistan parlamentinin Aprel döyüşlərini araşdıran istintaq komissiyasının nəticəsi yenidən gecikir. Hesabat faktiki olaraq oktyabrın əvvəlində təqdim olunacaq.

Ordu.az “Past” nəşrinə istinadən xəbər verir ki, gecikmə üçün “dərin” səbəblər var.

Məsələ burasındadır ki, o günlərin səlahiyyətli şəxslərini və hərbi rəhbərliyini maksimum dərəcədə nüfuzdan salmaq, hesabatı mümkün qədər etibarlı şəkildə tərtib etmək əsas vəzifə olaraq qarşıya qoyulub.

Bunun üçün zaman lazımdır. Digər tərəfdən, Ermənistan Baş naziri Nikol Paşinyan bütün prosesi öz nəzarəti altında saxlayır ki, hesabatdakı siyasi qiymətləndirmələr “lazım” olduğu kimi olsun.

Alpər Mövludoğlu
Ordu.az

https://www.tert.am/am/news/2020/09/25/past/3404886?fbclid=IwAR38H8MWBrOIbga_IPj0TXLDXTzw4Pv6X1F1PWun37KOadb_nRzcyHkGnK0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aprel-döyüşləri   Ermənistan   Böhran  

Paşinyan Aprel döyüşlərini araşdıran komissiyanın fəaliyyətini öz nəzarəti altında saxlayır

2020/08/23779-1597397450.jpg
Oxunub: 629     14:44     25 Sentyabr 2020    